. Love.az

Capoeta Gracilis - Wikipedia - Love.az

Ana Səhifə - Capoeta Gracilis

Capoeta gracilis (lat. Capoeta gracilis) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinin çəkilər fəsiləsinin xramulya cinsinə aid heyvan növü.

Capoeta gracilis
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Sinifüstü:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Dəstəüstü:
Ostariophysi
Ranqsız:
Otophysi
Ranqsız:
Cypriniphysae
Dəstə:
Çəkikimilər
Fəsiləüstü:
Cyprinoidea
Fəsilə:
Çəkilər
Yarımfəsilə:
Cyprininae
Cins:
Xramulya
Növ:
Capoeta gracilis
Beynəlxalq elmi adı
  • Capoeta gracilis Eugen von Keyserling, 1861
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
NCBI  2056564

Mündəricat

  • 1 Xarakterik morfoloji əlamətləri
  • 2 Yaşayış yeri və həyat tərzi
  • 3 Yayılması
  • 4 Cinsi statusu və çoxalma xüsusiyyətləri
  • 5 Limit faktorları
  • 6 Rasionu
  • 7 Düşmənləri
  • 8 İnsan həyatına təsiri
  • 9 Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri
  • 10 İstinadlar
  • 11 Həmçinin bax

Xarakterik morfoloji əlamətləri

redaktə

Xarici görünüşünə görə adi xramulyaya bənzəyir, lakin ondan yan xəttindəki pulcuqların və bel üzgəcindəki şüaların az saylı olması və belinin ancaq bel üzgəcinin ön tərəfində yanlardan basıq olması ilə fərqlənir. Uzunluğu 35.0 sm-ə qədər olur.

Yaşayış yeri və həyat tərzi

redaktə

Çay balığı olub, başlıca olaraq çayların sürətlə axan yerlərində yaşayır, nisbətən az miqdarda çayların sakit axan sahələrində təsadüf edilir. Ömrünün uzunluğu orta hesabla 4-5 il olub, cinsi yetkinliyə 2 yaşında çatır. Fərdi inkişaf forması tam çevrilmə şəklindədir. Həyat sikli kürü-sürfə-körpə-yetkin fərd şəklində olur.[1]

Yayılması

redaktə

Azərbaycanda 3 növlə (C.capoeta, C.sevangi, C.gracilis) təmsil olunmuşdur. Yarımnövləri yoxdur. Talış dağlarından axıb Xəzər dənizinə tökülən çaylarda (Qumbaşı, Viləş, Lənkəran, Təngəru, Astara, Balahırı, Göytəpə) yayılmışdır. Başlıca olaraq çayların orta və aşağı axınlarında yaşayır.[2]

Cinsi statusu və çoxalma xüsusiyyətləri

redaktə

Çoxalma kürüləmə yolu ilə olur. Kürüsünü çayların daşlı-çınqıllı hissələrində üç dəfəyə, iyun-iyul aylarında tökür. Reproduktivliyin forması kürü şəklində olur. Məhsuldarlığı 3.8 minlə 11.2 min kürü arasında dəyişilir. Reproduktivliyin periodu cinsi yetkinliyə çatdıqdan sonra ildə bir dəfə, hər il. Generasiyaların sayı, orta ömrün uzunluğundan asılı olaraq 2-3 dəfə olur.

Limit faktorları

redaktə

Su hövzələrinin çirklənməsi, təbii kürüləmə yerlərinin sıradan çıxması və digər antropogen amillər.

Rasionu

redaktə

Əsasən bitki mənşəli qidalarla və yosunlarla qidalanır, özləri isə digər yırtıcıların qidasını təşkil edir. Qidasını yosunlar (diatom), detrit, su həşaratları və onların sürfələri təşkil edir.

Düşmənləri

redaktə

Yırtıcı balıqlar, ilanlar, balıqyeyən quşlar və balıq parazitləri.

İnsan həyatına təsiri

redaktə

Əmtəə keyfiyyətlidir. Az miqdarda həvəskar balıqçılar tərəfindən ovlanır. Ziyanvericilik xüsusiyyətləri yoxdur

Qəbul edilmiş və qəbul edilməsi vacib olan mühafizə tədbirləri

redaktə

Balıqçılıq haqqında qanun qəbul edilmişdir. Su hövzələrinin çirkləndirilməsinin, çay yataqlarının qazılmasının, dəyişdirilməsinin qarşısı alınmalıdır.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. ↑ Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Capoeta_gracilis&oldid=7528224"
LOVE.AZ