Cats That Look Like Hitler (azərb. Hitlerə oxşayan pişiklər) – 1933–1945-ci illərdə Almaniyanın diktatoru olmuş Adolf Hitleri xatırladan pişiklərin fotoşəkillərinin təqdim olunduğu satirik sayt.[1] Bu pişiklər internetdə kitler kimi tanınır.[2] Pişiklərin çoxu ağ-qaradır, burunlarının altında Hitlerin bığını xatırladan qara ləkə, bəzən isə başlarıda Hitlerin saç düzümünü xatırladan diaqonal qara ləkələr olur. Sayt 2006-cı ildə Koos Pleqt və Pol Neve tərəfindən yaradılmış,[3] Avropa və Avstraliya televiziya verilişlərində yer aldıqdan sonra tanınmışdır.[3][4][5][6] Sayt daha sonra sadəcə Neve tərəfindən idarə olunmuşdur. O, 2013-cü ilin fevralına 7.500-dən çox pişiyin fotosunu təsdiqləmişdir.[7] Sayt 2014-cü ilin aprelindən etibarən yenilənmir.
Cats That Look Like Hitler | |
---|---|
URL | catsthatlooklikehitler.com/… |
Kommersiya | yox |
Tipi | satirik |
Dilləri | ingilis |
Sahibi | Pol Neve |
Açılma tarixi | 2006 |
![]() |
Stiven Kolber 2010-cu ilin iyulunda "Kolber hesabatı" verilişində saytdan bəhs etmişdir.[8] Saytın adı Avtraliyanın "Total Gamer" videooyun jurnalı tərəfindən tez-tez çəkilirdi. Bred Vottson "Edge Nightshow" verilişində pişiyi Prinqlsın "bir nömrəli kitler" olduğunu dedikdən sonra sayt Yeni Zelandiyada da tanınmışdır. "Sosial şəbəkə" filmində saytdan qısa bəhs olunmuşdur.[9]
2011-ci ildə "The Daily Telegraph" kitlerlərin Hitlerə oxşamaları səbəbilə sahib tapa bilmədikdə çətinlik çəkdiklərini yazmışdır.[10] "The Times" jurnalı üçün Ben Meyçl saytdakı kitlerin sahibləri ilə görüşərək saytın niyə belə populyar olduğunu araşdırmışdır.[11] Kanzas şəhərinin "KCTV5" xəbərlər saytında işləyən bir meteoroloq "Pişik şənbəsi" adlı veriliş seqmentində Hitlerə oxşayan və "Kitler" adlı pişiyi göstərdiklərinə görə üzr istəmişdir.[12]