Cavad Bahadur oğlu Qurbanov (1926, Şuşa - 2007, Bakı) — Azərbaycanın əməkdar idman xadimi[1], əməkdar məşqçisi, 12 dəfə qılıncoynatma üzrə Bakı və respublika çempionu[2], Ümumittifaq və Beynəlxalq dərəcəli hakim(1967)[1],Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü[3], professor.[4][1]
Cavad Qurbanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri |
Cavad Qurbanov Şuşa şəhərində anadan olub. Azərbaycanın əməkdar bədən tərbiyəsi və idman xadimi (1967), əməkdar məşqçisi (1964), dəfələrlə qılıncoynatma üzrə respublika çempionu, Ümumittifaq və Beynəlxalq dərəcəli hakim olub.[5]
C.Qurbanov Azərbaycanda qılıncoynatma idman növünün əsasını qoyanlardan biridir.[6] O, uzun illər respublikanın yığma komandasının baş məşqçisi işləyib. Yetirmələri Avropa, dünya və olimpiya oyunlarının iştirakçısı və mükafatçısı olub.[7]
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
İdmançı və ya məşqçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |