. Love.az

Cennifer Parilla - Wikipedia - Love.az

Ana Səhifə - Cennifer Parilla

Cennifer Parilla (d. 9 yanvar 1981; Nyuport-Biç, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən batut gimnastı. Cennifer Parilla, 2000 və 2004-cü illərdə Birləşmiş Ştatları Olimpiya Oyunlarında təmsil edib.

Cennifer Parilla
Şəxsi məlumatlar
Tam adı Cennifer Parilla
Vətəndaşlığı ABŞ Birləşmiş Ştatlar
Doğum tarixi 9 yanvar 1981 (44 yaş)
Doğum yeri Nyuport-Biç, Birləşmiş Ştatlar
Boyu 154 sm.
Çəkisi 52 kq.
İdman növü Batut gimnastikası

Karyerası

redaktə

Cennifer Parilla, 2000-ci ildə Birləşmiş Ştatların bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların təsnifat mərhələsində Parilla, 60.70 xal topladı və 12 idmançı sırasında 9-cu yeri tutaraq mübarizəni dayandırdı.

Cennifer Parilla növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların təsnifat mərhələsində Parilla, 52.70 xal topladı və 16 idmançı sırasında 14-cü yeri tutaraq mübarizəni dayandırdı.

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cennifer_Parilla&oldid=6005902"
LOVE.AZ