. Love.az

Challenger 2 - Wikipedia - Love.az

Ana Səhifə - Challenger 2

Challenger 2 Britaniya istehsalı Əsas döyüş tankı. Bu, çox qüdrətli tankdır. Challenger 2 tankı Chobham zirehi ilə təchiz olunub və dünyanın ən mükəmməl qorunan texnikalarından sayılır. Onun ekipajı yüngül çaplı silahlardan atılan atəşlərdən tam təhlükəsizdirlər. 120 mm topuyüksək sərrastlıqla 5 kilometrədək hədəfi vurur. Dünyada uzaq məsafədən tank-tank vurmasına görə rekord Challenger 2-yə məxsusdur. Mühərriki və sürəti başqa Qərb modelləri ilə müqayisədə nisbətən zəifdir. Amma mexaniki sazlığına söz ola bilməz. Hazırda Britaniya ordusunda 386, Oman ordusunda 38 belə tank var.

Challenger 2
Tipi Əsas döyüş tankı
Ölkə
  •  Birləşmiş Krallıq
İstismar tarixçəsi
İstismara başlanması 1998
İstifadə edilən döyüşlər
  • İraq müharibəsi,
  • Rusiyanın Ukraynanı işğalı (2022)
İstehsal tarixçəsi
İstehsalçı Alvis Vickers, BAE Systems
Xüsusiyyətləri
Ağırlığı 62.5ton
Zireh Chobham/Dorchester Level 2/3
Şose sürəti 59 km/h
Əsas silah L30A1 120 mm top mərmisi (53 mərmi)
Köməkçi silah 1x7.62mm
Uzunluğu 8.3m
Eni 3.5m
Hündürlüyü 2.5m
Ekipaj 4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Challenger_2&oldid=6049088"
LOVE.AZ