. Love.az

Cimmi Vilson - Wikipedia - Love.az

Ana Səhifə - Cimmi Vilson

Cimmi Vilson (ing. Jimmie Wilson; 7 fevral 1981, Detroyt, Miçiqan) — Amerikalı müğənni, bəstəkar və musiqili teatr aktyoru. O San-Marinolu müğənni Valentina Monetta ilə birlikdə San-Marinonu 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Cimmi Vilson
ing. Jimmie Wilson
Cimmi Vilson 2017-ci ildə
Cimmi Vilson 2017-ci ildə
Ümumi məlumatlar
Doğum adı Cimmi Vilson
ing. Jimmie Wilson
Doğum tarixi 7 fevral 1981(1981-02-07) (44 yaş)
Doğum yeri Detroyt, Miçiqan, ABŞ
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni, bəstəkar, aktyor
Fəaliyyət illəri 2009-cu ildən
Janrlar
  • R&B
  • Soul
Əlaqəsi Valentina Monetta
jimmiewilson.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Musiqi karyerası
  • 2 Diskoqrafiya
    • 2.1 Albomlar
    • 2.2 Sinqllar
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Musiqi karyerası

redaktə

Cimmi Vilson Hollivudda aktyorluq təhsili almışdır. O eyni zamanda Maykl Ceksonun hazırladığı Sisterella tamaşasında rol almışdır. Daha sonra Cimmi Almaniyaya köçmüşdür. O Almaniyada Hope! – Das Obama Musical tamaşasında Barak Obamanı canlandırmışdır. 2012-ci ildə Cimmi Polşada keçirilən Must Be the Music musiqi yarışmasında iştirak etmişdir.

12 mart 2017-ci ildə San-Marinonun SMRTV telekanalı Cimmi Vilsonun San-Marinolu ifaçı Valentina Monetta ilə birlikdə ölkəni Avroviziyada təmsil edəcəyini açıqlamışdır. Beləliklə, Cimmi və Valentina duet şəklində ifa etdikləri "Spirit of the Night" mahnısı San-Marinonu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 2017-də təmsil etmişdir[1]. Mübarizəyə 2-ci yarımfinal mərhələsindən qoşulan Cimmi və Valentina yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur. Bu San-Marinonun müsabiqə tarixindəki ən aşağı nəticəsi olmuşdur.

Avroviziyada iştirakından sonra Cimmi Vilsonun So Damn Beautiful adlı debüt albomu işıq üzü görmüşdür.

Diskoqrafiya

redaktə

Albomlar

redaktə
  • So Damn Beautiful (2017)

Sinqllar

redaktə
  • "Spirit of the Night" (2017)
  • "So Damn Beautiful" (2017)

İstinadlar

redaktə
  1. ↑ "San Marino: Valentina Monetta and Jimmie Wilson to Kyiv". esctoday.com. ESCToday. 12 mart 2017. 2017-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-16.
Əvvəlki:
Serhat
"I Didn't Know"
San-Marino Avroviziya Mahnı Müsabiqəsində
 

2017
Sonrakı:
-

Xarici keçidlər

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cimmi_Vilson&oldid=7035706"
LOVE.AZ