. Love.az

Cinzaburo Masaki - Wikipedia - Love.az

Ana Səhifə - Cinzaburo Masaki

Cinzaburo Masaki[a] (真崎 甚三郎, Masaki Cinzaburo?, 27 noyabr 1876[1], Saqa prefekturası – 31 avqust 1956) – Yaponiya generalı. Rus-yapon müharibəsində kiçik zabit kimi iştirak etmiş, növbəti illərdə Yaponiyanın aparıcı hərbi xadimlərindən biri olmuşdur.[2]

Cinzaburo Masaki
yap. 真崎 甚三郎
Şəxsi məlumatlar
Doğum tarixi 27 noyabr 1876(1876-11-27)[1]
Doğum yeri
  • Saqa prefekturası, Yaponiya
Vəfat tarixi 31 avqust 1956(1956-08-31) (79 yaşında)
Vətəndaşlığı
  •  Yaponiya
  •  Yaponiya imperiyası
Hərbi fəaliyyəti
Mənsubiyyəti Yaponiya imperiyası
Qoşun növü Yaponiya İmperator ordusu
Rütbəsi general
Döyüşlər
  • Rus-yapon müharibəsi
Təltifləri 1-ci dərəcəli "Doğan günəş" ordeni (Yaponiya)

Mündəricat

  • 1 Həyatı və karyerası
  • 2 Qeydlər
  • 3 Ədəbiyyat
  • 4 İstinadlar
  • 5 Xarici keçidlər

Həyatı və karyerası

redaktə

Cinzaburo Masaki 1876-cı ildə Yaponiyanın Saqa prefekturasında doğulmuş, 1897-ci ildə Hərbi Akademiyanı bitirmişdir. Rus-yapon müharibəsinə leytenant kimi qatılan Masaki 6-cı diviziyanın bölük komandiri təyin olunmuş, 1904-cü ilin sonunda kapitan rütbəsinə yüksəlmişdir. 1933-cü ildə general olmuş, 1934-cü ildə isə hərbi təhsil müfəttişi təyin olunmuşdur.[2]

Masaki 1930-cu illərin əvvəllərində Sadao Araki ilə birlikdə orduda Kodoha adlı ultramilliyyətçi qruplaşmaya başçılıq etmişdir. 1935-ci ildə hökumətin öndə gələn siyasi fiqurlarına qarşı sui-qəsd cəhdi planı ilə əlaqəsinə görə ordudan xaric edilmişdir. 1936-cı ildə baş verilmiş hərbi çevriliş cəhdi ilə ittiham olunmuş, lakin yetərli sübut olmadığı üçün bəraət qazanmışdır. İkinci dünya müharibəsindən sonra Tokio Müharibə Cinayətləri Məhkəməsində A dərəcəli müharibə cinayəti kimi mühakimə olunmuş və iki il həbs cəzası almışdır.[2]

Qeydlər

redaktə
  1. ↑ Bəzən Mazaki də yazılır.[2][3]

Ədəbiyyat

redaktə
  • Kowner, Rotem. Historical Dictionary of the Russo–Japanese War (ingiliscə). The Scarecrow Press. 2006. 226. ISBN 978-0-8108-4927-3. İstifadə tarixi: 30 iyun 2023.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 144. ISBN 0-87011-625-8. İstifadə tarixi: 30 iyun 2023.

İstinadlar

redaktə
  1. ↑ 1 2 WorldCat Entities (ing.). OCLC, Inc., 2022.
  2. ↑ 1 2 3 4 Kowner. səh. 226
  3. ↑ Kodansha Encyclopedia of Japan. səh. 144

Xarici keçidlər

redaktə
  • İkinci dünya müharibəsinin generalları
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Cinzaburo_Masaki&oldid=7100956"
LOVE.AZ