. Love.az

Clupeiformes - Wikipedia - Love.az

Ana Səhifə - Clupeiformes

Siyənəkkimilər (lat. Clupeiformes) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinə aid heyvan dəstəsi. 300-ə yaxın növü var. Sümüklü balıqlara aiddirlər. Bədəni gümüşü, uzunsov, yanlardan sıxılmışdır. Üzgəclərində tikanlı şüalar yoxdur. Bir bel üzgəci vardır. Qarın üzgəcləri 6-8 şüalıdır. Yan xətti yoxdur. Qəlsəmə qapağındakı seysmosensor kanalları yaxşı inkişaf etmişdir. Dəstəyə - siyənəkkimilər, ancouskimilər və dorabkimilər fəsilələrinə aid olan 70 cins və 300 növ daxildir. Xəzərdə və Azərbaycanın ərazi sularında ilk fəsilənin nümayəndələri yaşayır.[3]

Siyənəkkimilər
Elmi təsnifat
Domen:
Eukariotlar
Ranqsız:
Amorphea
Ranqsız:
Obazoa
Ranqsız:
Opisthokonta
Ranqsız:
Holozoa
Ranqsız:
Filozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Klad:
Olfactores
Yarımtip:
Onurğalılar
İnfratip:
Ağızçənəlilər
Klad:
Eugnathostomata
Klad:
Teleostomi
Sinifüstü:
Sümüklü balıqlar
Sinif:
Şüaüzgəclilər
Ranqsız:
Actinopteri
Yarımsinif:
Neopterygii
İnfrasinif:
Sümüklü balıqlar
Koqorta:
Otocephala
Dəstəüstü:
Clupeomorpha
Dəstə:
Siyənəkkimilər
Beynəlxalq elmi adı
  • Clupeiformes Edwin Stephen Goodrich, 1909[1][2][…]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  161694
NCBI  32446
EOL  3190
FW  35437

Təsnifatı

redaktə
  • Denticipitidae fəsiləsi
  • Ançouslar (Engraulidae) fəsiləsi
  • Pristigasteridae fəsiləsi
  • Kilqarınlar (Chirocentridae) fəsiləsi
  • Siyənəklər (Clupeidae) fəsiləsi

İstinadlar

redaktə
  1. ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
  2. ↑ Eschmeyer W. N., Fong J. D. “Pisces”. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 26–38. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. ↑ H.S.Abbasov, R.V.Hacıyev İxtiologiya,Bakı 2007, s.167

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Siyənəkkimilər&oldid=6804478"
LOVE.AZ