Comp Ace (コンプ エース, Konpu Eesu?, Comptiq Ace ifadəsinin qısaltması) — Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunan aylıq videooyun və manqa jurnalı. Kadokawa Shoten nəşriyyatının "Comptiq" jurnalının xüsusi nəşri kimi nəşr olunmağa başlamışdır. İlk buraxılışı 26 mart 2005-ci ildə buraxılmışdır. İlk üç cildi 3 aydan bir nəşr olunmuşdur və üzlük illüstratoru Key-in əməkdaşı İtaru Hinoe olmuşdur. 4-9-cu cildlər iki aydan bir buraxılmışdır və üzlük illüstratoru Navel-in əməkdaşı Aoy Nişimata olmuşdur. 10-cu cilddən etibarən jurnal hər ay buraxılmışdır, üzlük illüstratorları isə Naru Nanao, Hiro Suzuhira, Type-Moon və August şirkətlərinin əməkdaşları olmuşdurlar. 26 iyun 2007-ci ildə buraxılmış 2007-ci il avqust sayından etibarən "Comptiq" jurnalından ayrılaraq müstəqil jurnala çevrilmişdir.
Comp Ace | |
---|---|
![]() | |
![]() 2016-cı il oktyabr buraxılışının üzlüyü. Ön planda olan personajlar: Ruler və Qırmızı Seyber ("Fate/Apocrypha" manqası). | |
Növ | şonen və seynen manqası, vizual romanlar, PC oyunları |
Dövrilik | aylıq |
Nəşriyyat | Kadokawa Shoten |
Təsis tarixi | 2005 |
İlk buraxılışı | 26 mart 2005 (2005-03-26) |
Ölkə |
![]() |
Dil | yaponca |
kadokawa.co.jp/ca/ |