. Love.az

Con Byufort - Wikipedia - Love.az

Ana Səhifə - Con Byufort

Con Byufort (ing. John Beaufort; təq. 1373 – 16 mart 1410, Müqəddəs Katerina Xəstəxanası[d]) — İngilis əsilzadəsi və siyasətçisi. O, İngiltərə kralı III Eduardın oğlu Gentli Conun məşuqəsi Ketrin Svinforddan dünyaya gələn və sonradan qanuniləşdirilən 4 övladından ən böyüyü idi. Doğulduğu əsnada qeyri-qanuni övlad olduğu üçün atasının soyadını ala bilməmiş, bu səbəblə atasının Fransadakı mülklərindən olan və özünün də doğulduğu Byufort qalasının adını soyad olaraq aldı.

Con Byufort
ing. John Beaufort
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1373
Vəfat tarixi 16 mart 1410
Vəfat yeri
  • Müqəddəs Katerina Xəstəxanası[d], London, İngiltərə krallığı
Dəfn yeri
  • Kenterberi kafedralı
Fəaliyyəti hərbi qulluqçu
Atası Gentli Con[1]
Anası Ketrin Svinford[1]
Uşaqları
  • Coan Bufort (Şotlandiya kraliçası)[1]
Hərbi xidmət
Döyüşlər
  • Yüzillik müharibə
Rütbəsi Admiral
Təltifləri Bant ordeni (İngiltərə krallığı)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Özündən sonra doğulan bacı və qardaşları da bu soyadı aldılar və birlikdə Byufort uşaqları olaraq anılmağa başladılar. Byufort uşaqları İngiltərə kralı II Riçardın səltənətində 1390 və 1397-ci illərdə 2 dəfə parlament tərəfindən, 1396-cı ilin sentyabrında isə Papa IX Bonifas tərəfindən qanuni övlad elan edildilər. Buna baxmayaraq ögey qardaşları IV Henri 1399-cu ildə İngiltərə kralı təyin edildikdən dərhal sonra onların taxt hüquqlarını əlindən aldı.

Mənbə

redaktə
  • Jones, Michael K, and Malcolm G. Underwood, The King's Mother: Lady Margaret Beaufort, Countess of Richmond and Derby. Cambridge University Press, 1992. see especially pp. 17–22
  • Weir, Alison (2008). Britain's Royal Families, The Complete Genealogy. London: Vintage Books. ISBN 978-0-09-953973-5
  • Marshall, Rosalind (2003). Scottish Queens, 1034–1714. Tuckwell Press

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Kindred Britain.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Con_Byufort&oldid=7991191"
LOVE.AZ