. Love.az

Con Skott Harrison - Wikipedia - Love.az

Ana Səhifə - Con Skott Harrison
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Con Harrison.

Con Harrison (ing. John Scott Harrison; 4 oktyabr 1804[1], Vinsennes[d], İndiana – 25 may 1878[1], Şimali Bend[d]) — Amerikalı siyasətçi və fermer.

Con Skott Harrison
ing. John Scott Harrison
ABŞ nümayəndəsi
4 mart 1855 – 3 mart 1857
4 mart 1853 – 3 mart 1855
Şəxsi məlumatlar
Doğum tarixi 4 oktyabr 1804(1804-10-04)[1]
Doğum yeri
  • Vinsennes[d], İndiana, ABŞ
Vəfat tarixi 25 may 1878(1878-05-25)[1] (73 yaşında)
Vəfat yeri
  • Şimali Bend[d]
Partiya
  • Viqlər Partiyası (ABŞ)
Fəaliyyəti siyasətçi
Atası Vilyam Henri Harrison
Anası Anna Qarrison
Uşaqları
  • Bencamin Harrison
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

1853–1857-ci illərdə Ohayo II bölgəsini ABŞ Nümayəndələr Palatasında təmsil etmişdir. Con Harrison atası və oğlu Amerika Birləşmiş Ştatları prezidenti olan yeganə şəxsdir. Belə ki, atası Vilyam Henri Harrison Amerika Birləşmiş Ştatlarının IX prezidenti olmuşdur. Vilyam Henri Harrison 1841-ci ilin 4 mart — 4 aprel tarixləri arasında vəzifədə olmuş, inaqurasiya çıxışı zaman ən uzunmüddətli nitq söylədikdən (2 saat) sonra xəstələnmişdir. Pnevmaniya və plevrit diaqnozu ilə bir aylıq uğursuz müalicə alan Henri Harrison 1841-ci ilin 4 aprel tarixində vəfat etmişdir. ABŞ-nin XXIII prezidenti Benjamin Harrisonun da atası olmuş Con Harrison oğlunun prezident seçilməsini görməmişdir. 1889–1893-cü illər aralığında vəzifəsini icra edən Benjamin Harrison prezident seçiləndə Con Harrison vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Lundy D. R. John Scott Harrison // The Peerage (ing.).
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Con_Skott_Harrison&oldid=7886704"
LOVE.AZ