. Love.az

Corc Kerzon - Wikipedia - Love.az

Ana Səhifə - Corc Kerzon

Corc Nataniel Kerzon (ing. George Curzon; 11 yanvar 1859[2][3][…] – 20 mart 1925[2][3][…], London) – Böyük Britaniya dövlət xadimi, diplomat, markiz.

Corc Kerzon
KERZON Corc Nataniel
Doğum tarixi 11 yanvar 1859
Doğum yeri Derbişir, Böyük Britaniya
Vəfat tarixi 20 mart 1925 (66 yaşında)
Vəfat yeri London, Böyük Britaniya
Dəfn yeri
  • Derbişir[d]
Təhsili
  • Balliol kolleci[d],
  • İton kolleci (1872–1878)[1]
Fəaliyyəti tədqiqatçı-səyyah[d], siyasətçi, diplomat, səyyah
Partiyası
  • Mühafizəkarlar Partiyası
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1898–)
Mükafatları Order of the Indian Empire (Birləşmiş Krallıq) Bant ordeni (İngiltərə krallığı) Order of the Star of India (Birləşmiş Krallıq) Royal Victorian Chain (Birləşmiş Krallıq) — 1903
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Oksford Universitetini bitirmişdir. 1891–1892-ci illərdə Hindistanın işləri üzrə nazir müavini,[4] 1898–1905 illərdə Hindistanın vitse-kralı, 1919–1924-cü illərdə B. Britaniyanın xarici işlər naziri olmuşdur. 1911-ci ilden parlamentin lordlar palatasının üzvü idi. Sovet-Polşa sərhədlərini müəyyənləşdirən "Kerzon xətti"ni 1920 ildə Antanta adından təklif etmişdir.[5] Birinci dünya müharibəsindən (1914–18) əvvəl Qafqazda olmuş və regionu dərindən öyrənmişdir. 1920 il yanvarı 10-da Paris Sülh Konfransı (1919–20) Ali Şurasının iclasında Azərbaycan və Gürcüstan hökumətlərinin Antanta ölkələrindən kömək istəmələri haqqında məlumat vermiş, bu respublikalarm müstəqil dövlətlər kimi dərhal de-fakto tanıması təklifıni irəli sürmüşdür. Onun təklifi ilə yanvarın 11-də Antanta Ali Şurası Azərbaycan və Gürcüstan respublikalarının de-fakto tanınması barədə qərar qəbul etmişdir. Kerzon Azərbaycanın dövlət müstəqilliyini qorumaq məqsədilə ona yardım göstərilməsini təklif etmiş, müttəfiq ordularının çıxarılmasının əleyhinə olmuşdur. Kerzon 1920 ilin əvvəllərində İngiltərə parlamentində azərbaycanlılara və Anadolu türklərinə qarşı soyqırımları törətmiş ermənilər barədə belə demişdi:

"Mənə elə gəlir ki, siz erməniləri səkkiz yaşında təmiz və məsum bir qız kimi zənn edirsiniz. Bu fikirdə çox yanılırsınız, halbuki ermənilər özlərinin son vəhşi davranışları ilə nə qədər qantökən olduqlarını büsbütün isbat etmişlər."

İstinadlar

redaktə
  1. ↑ 1 2 Oxford Dictionary of National Biography (ing.). / C. Matthew Oxford: OUP, 2004.
  2. ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. ↑ 1 2 Mosley L. Lord Curzon // Encyclopædia Britannica (ing.).
  4. ↑ Mosley, Leonard. Curzon: The End of an Epoch. 1961.
  5. ↑ Eberhardt, Piotr. "The Curzon line as the eastern boundary of Poland. The origins and the political background". Geographia Polonica. 85 (1). 2012: 5–21. doi:10.7163/GPol.2012.1.1. 2018-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-25.

Xarici keçidlər

redaktə
  • Analysis of George Curzon as Viceroy
  • India under Curzon and after, By Lovat Fraser, Published by William Heinemann, London – 1911.Digital Rare Book :
  • Problems of the Far East: Japan – Korea – China by George Curzon, 1st Marquess Curzon of Kedleston at archive.org
  • Modern parliamentary eloquence; the Rede lecture, delivered before the University of Cambridge, 6 November 1913 by George Curzon, 1st Marquess Curzon of Kedleston at archive.org
  • Russia In Central Asia In 1889 by George Curzon, 1st Marquess Curzon of Kedleston at archive.org
  • War poems and other translations by George Curzon, 1st Marquess Curzon of Kedleston at archive.org
  • George Nathaniel CURZON was born 11 Jan 1859. He died 20 Mar 1925. George married Mary Victoria LEITER on 22 Apr 1895
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Corc_Kerzon&oldid=7600060"
LOVE.AZ