. Love.az

Corc Olah - Wikipedia - Love.az

Ana Səhifə - Corc Olah

Corc Olah (ing. George Andrew Olah, mac. Oláh György; 22 may 1927[1][2][…], Budapeşt – 8 mart 2017[3][1][…], Beverli-Hillz, Kaliforniya[4]) — macar əsilli ABŞ kimyaçısı. 1994-cü ildə "Karbokation kimyasına xidmətlərə görə" Nobel mükafatına layiq görülmüşdür.

Corc Olah
ing. George Andrew Olah
mac. Oláh György
Doğum adı Oláh András György
Doğum tarixi 22 may 1927(1927-05-22)[1][2][…]
Doğum yeri
  • Budapeşt, Macarıstan krallığı
Vəfat tarixi 8 mart 2017(2017-03-08)[3][1][…] (89 yaşında)
Vəfat yeri
  • Beverli-Hillz, Los-Anceles dairəsi, Kaliforniya, ABŞ[4]
Dəfn yeri
  • Kerepeşi məzarlığı
Elm sahəsi kimya
İş yerləri
  • Cənubi Kaliforniya Universiteti,
  • Kase Vestern Reserve Universiteti[d]
Təhsili
  • Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti (–1949)
Üzvlüyü
  • London Kral Cəmiyyəti (1997–),
  • Dei Linçei Akademiyası,
  • ABŞ Milli Elmlər Akademiyası (1976–),
  • Macarıstan Elmlər Akademiyası,
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Amerika Fəlsəfə Cəmiyyəti[d][5],
  • Kanada Kral Cəmiyyəti[d]
Mükafatları "Doğan günəş" ordeni (Yaponiya)
Kimya üzrə "Nobel" mükafatı (İsveç) — 1994
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Corc Olah 1927-ci ildə Macarıstanın paytaxtı Budapeştdə anadan olub. Olah Budapeşt Texniki Universitetini bitirib və orada da doktorluq dərəcəsi alıb. O, öz elmi karyerasına macar kimyaçısı Qeza Zempelin yanında başlayıb. 1950-ci illərin əvvəllərində Olah Budapeşt Texniki Universitetinin Üzvi kimya İnstitutunda tədqiqat qrupu yaratmışdır və eyni zamanda 1954-cü ildə Macarıstan Elmlər Akademiyasının Mərkəzi Elmi-Tədqiqat Kimya İnstitutunun yaradıcılarından biri olmuşdur. 1957-ci ildə Kanadaya köçmüş və 1965-ci ilə qədər "Dou Kemikal" şirkətində Kanadada və ABŞ-də işləmişdir və bundan sonra ali təhsil sisteminə qayıtmışdır. Onun rəhbərliyi altında Qərb Ehtiyat Universitetinin (Western Reserve University) və Ohayo ştatında Klivlenddə Keys Texnaloji İnstitutunun kimya fakültələri birləşdirilmişdir. 1977-ci ildə Cənubi Kaliforniya Universitetinə keçmiş, burada sonralar Loker adına Karbohidrogenlər İnstitutu adını almış institut yaratmışdır. 1996-cı ildən Cənubi Kaliforniya Universitetində onun adı ilə bağlı mühazirələr oxunur. Olah 8 mart 2017-ci ildə 89 yaşında vəfat etmişdir.

Mükafatları

redaktə

1976-cı ildən ABŞ-nin Milli Elmlər Akademiyasının, 1990-cı ildən Macarıstan Elmlər Akademiyasının üzvüdür. ABŞ-nin ən görkəmli alimləri üçün verilən Aleksandr fon Qumboldt adına mükafat (1979-cu ildə), 1996-cı ildə F. A. Kotton medalını almışdır. 1994-cü ildə "Karbokation kimyasına xidmətlərə görə" Nobel mükafatına layiq görülmüşdür. 1997-ci ildə "London Kral Cəmiyyəti"nin xarici üzvü seçilmişdir. 2001-ci ildə Artur Kop mükafatı, 2007-ci ildə isə "Amerikan Kimya Cəmiyyəti" tərəfindən "Pristli" medalı ilə mükafatlandırılmışdır.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 George A. Olah // Encyclopædia Britannica (ing.).
  2. ↑ 1 2 George A. Olah // Solomon Quqqenhaym muzeyi. 1937.
  3. ↑ 1 2 George Oláh, Nobel Prize Winning Hungarian-American Chemist, Dies at 89 (ing.). // Hungary Today 2017.
  4. ↑ 1 2 Meghalt Oláh György Nobel-díjas kémikus (mac.). // Index Magyarország: Index.hu Zrt., 2017. ISSN 1585-3241
  5. ↑ NNDB (ing.). 2002.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Corc_Olah&oldid=7587443"
LOVE.AZ