Corcina Rodriges (27 yanvar 1994[1][2], Buenos-Ayres[4]) — argentinalı və ispaniyalı model, sosial media şəxsiyyəti və iş qadını. Portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə münasibətindən sonra media orqanlarının diqqət mərkəzinə düşüb, "Instagram" və digər sosial platformalarda milyonlarla izləyici auditoriyası qazanıb. Modellik karyerasındakı nailiyyətləri ilə kifayətlənməyən Corcina lüks moda evləri ilə əməkdaşlıq quraraq, özünün geyim markasını yaradıb. 2022-ci ildə "I Am Georgina" adlı "Netflix" sənədli serialının həm baş rol ifaçısı, həm də prodüseri olub.
Corcina Rodriges | |
---|---|
isp. Georgina Rodríguez Hernández | |
Digər adı | Gio |
Doğum tarixi | 27 yanvar 1994(1994-01-27)[1][2] (31 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() ![]() |
Uşağı | 3[3] |
Partnyorları | |
Təhsili |
|
Fəaliyyəti | model[d], biznes ledi |
Fəaliyyət illəri | 2015-ci ildən |
![]() |
Corcina Argentinanın paytaxtı Buenos-Ayresdə doğulub.[5] O, böyük bacısı ilə birgə ata tərəfindən olan qohumlarının mənzilində yaşayıb. O, körpə ikən anası İspaniyaya dönmək qərarına gəlir və ailəsi Huesca əyalətinin şimal şəhəri Jaca-ya köçür.[6][7]
Dörd yaşından klassik balet dərslərinə başlayan Corcina rəqqasəliyə həvəs göstərib. On səkkiz yaşında Madridə köçərək gündüzlər mağazada satıcı, həftə sonları isə barda işləyib.[8] Bir müddət sonra "Gucci"nin butikində çalışmağa başlayıb.
Corcina modellik və sosial media sahəsində uğurlu karyera qurub, "Gucci", "Prada" və "Chanel" kimi nüfuzlu moda evlərinin reklam kampaniyalarında iştirak edib.[9][10][11][12][13] 2024-cü ilin mart ayında Paris Moda Həftəsində "Vetements"in 2024–2025-ci il payız-qış kolleksiyasının nümayişində iştirak edən Corcina, Ronaldonun "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" klublarının formasına bənzər, yeddi nömrəli qırmızı don geyinərək podiumda addımlayıb.[14]
O, portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə 2016-cı ildə Madridin məşhur ticarət mərkəzində tanış olub. O vaxt Corcina burada satıcı işləyirdi.[15][16]
İkili arasındakı münasibət qısa zamanda sevgiyə çevrilib və 2017-ci ilin noyabrında ilk övladları doğulub.[17] 2021-ci ilin payızında cütlük ikinci dəfə valideyn olacaqlarını elan edib.[18] 2022-ci ilin aprelində əkiz körpələri - bir qız, bir oğlan doğulsa da, oğlan övladı vəfat edib.[19] Ronaldo və Corcina sosial şəbəkədə paylaşdıqları yazıda "Dərin kədər hissi ilə oğlumuzun vəfat etdiyini bildiririk. Bu, valideynlərin yaşaya biləcəyi ən böyük ağrıdır" deyə qeyd ediblər.
Ronaldonun 2010-cu ilin iyununda dünyaya gələn bir oğlu və 2017-ci ilin iyununda doğulan əkiz övladları da var. Corcina bütün bu uşaqları öz balası kimi qəbul edərək, onlara analıq qayğısı göstərir.[20] Corcina ilə Ronaldo evli deyil.