. Love.az

Corco Armani - Wikipedia - Love.az

Ana Səhifə - Corco Armani

Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri.

Corco Armani
it. Giorgio Armani
Moskva 2009
Moskva 2009
Doğum tarixi 11 iyul 1934 (90 yaş)
Doğum yeri İtaliya İtaliya, Pyaçentsa
Təhsili
  • Milan Universiteti
Fəaliyyəti sahibkar, dəb dizayneri
Fəaliyyət illəri 1960-cı ildən
Mükafatları "Fəxri Legion" ordeninin zabit dərəcəsi (Fransa) — 2008
giorgioarmani.com/index.…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Məlumat
  • 2 Sport
  • 3 Mükafatları
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Məlumat

redaktə

Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir.[1]

Sport

redaktə

"Olimpia Milano" basketbol yığımın prezidentidir.[2] Britaniyanın sportsmenlərin geyimi ilə işləyirdi.[3] "Çelsi" oyunçuları üçün kostyumlar yaratdı.[4]

Mükafatları

redaktə

  Fəxri Legion ordeninin kavaleri.

Xarici keçidlər

redaktə
  • Armani.com Arxivləşdirilib 2017-10-10 at the Wayback Machine
  • Giorgio Armani, UNHCR Goodwill Ambassador
  • Giorgio Armani interview with Harper's Bazaar Arxivləşdirilib 2009-10-27 at the Wayback Machine
  • Giorgio Armani costume design drawings for AMERICAN GIGOLO, 1980

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 58. ISBN 978-9952-441-05-5.
  2. ↑ "Giorgio Armani, The Father Of Italian Fashion". 2009-03-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08. (#redundant_parameters); (#redundant_parameters)
  3. ↑ "Giorgio Armani Presents New England Football Team Off-Field Wardrobe for European Championships". 2011-06-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-08. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  4. ↑ "An Excellent Pitch". 2007-08-03. 2012-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-04-25.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Corco_Armani&oldid=7620398"
LOVE.AZ