. Love.az

Corlu - Wikipedia - Love.az

Ana Səhifə - Corlu

Corlu — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Corlu
40°56′ şm. e. 47°42′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 2.025 nəfər
Rəsmi dili
  • Azərbaycan dili
Xəritəni göstər/gizlə
Corlu xəritədə
Corlu
Corlu

Mündəricat

  • 1 Coğrafiyası
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər
  • 6 İstinadlar

Coğrafiyası

redaktə

Kəndin mərkəzindən keçən Bum çayının kənarlarında Şah-Daş bəndi çəkilib. Dağ çaylarının məcradan çıxmasının qarşısını almaqdan ötrü qurulan bəndin möhkəmlənməsi üçün əlavə fəhlə qüvvəsi ilə yanaşı, kənd camaatı da səfərbər olunub.[1] Kənddə altı artezian quyusu qazılıb və bütün məhəllələrdə istifadəyə verilən su həyətlərin əksəriyyətinə çəkilib. Kəndarası yollar yüksək səviyyədə asfaltlaşır. Çuxur Qəbələyə gedən yolun üzərinə beton örtüyü çəkilib.[1]

Toponimikası

redaktə

Corlu oyk., sadə. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay çökəkliyindədir. Kəndin adı peçeneqlərin cor tayfa adı ilə əlaqələndirilir və "corlar yaşayan kənd" kimi izah edilir. Toponimi Çovurlu çayının adı ilə bağlayanlar da var. Hər iki halda etnotoponimdir. Şəki r-nunun Kiş kəndinin məhəllələrindən biri də Cor adlanır.[2]

Əhalisi

redaktə
  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2025 nəfər əhali yaşayır.[3]

Həmçinin bax

redaktə
  • Qəbələ rayonu

Xarici keçidlər

redaktə
  • İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Corlu&oldid=6426313"
LOVE.AZ