. Love.az

Coronilla Coronata - Wikipedia - Love.az

Ana Səhifə - Coronilla Coronata

Hündür acıyonca (lat. Coronilla coronata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü.

Hündür acıyonca
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Paxlaçiçəklilər
Fəsilə:
Paxlakimilər
Yarımfəsilə:
Faboideae
Triba:
Loteae
Cins:
Acıyonca
Növ:
Hündür acıyonca
Beynəlxalq elmi adı
  • Coronilla coronata L., 1759
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  820414
NCBI  237899
EOL  703869

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Azərbaycanda yayılması
  • 4 Yaşayış mühiti
  • 5 Sinonimləri
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Arealı

redaktə

Mərkəzi Avropadan Türkiyəyə qədər yayılmışdır.[1]

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 20-40 sm, gövdəsi düz və ya əyilib qalxan, budaqlanan, çılpaq, göyümtül çoxillik ot bitkisidir. Yalançı zoğları uzunsov, kiçik, uzunluğu 3 mm-ə qədər, aşağıdakılar bitişən, yuxarıdakılar isə sərbəstdir. Yarpaqları tək lələkvaridir, əksinəyumurtaşəkilli və ya oval yarpaqcıqlardan 9-13 ədədi kiçik saplaq üzərində yerləşir, aşağı hissədəki yarpaq cütləri çox vaxt saplağın qaidə hissəsində yerləşir. Çiçəkləri 10-20 ədəd olmaqla çiçək oxunun sonunda qısa çətirlərdə toplanmışdır. Tac sarı rəngdədir; yelkən 10 mm uzunluqdadır, qanadlardan azca qısadır, lakin qayıqcıqdan uzundur. Paxlaları düzdür və enəndir, 1-4 ədəd dördtilli, yastılaşmış, uzunsov-xətvari buğumlardan ibarətdir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.

Azərbaycanda yayılması

redaktə

Böyük Qafqazda (Quba bölgəsində), Qobustanda aşağı dağ qurşağından, orta dağ qurşağına qədər yayılmışdır.

Yaşayış mühiti

redaktə

Meşə və kolluqlarda rast gəlinir.

Sinonimləri

redaktə
  • Coronilla montana Scop.[2]

İstinadlar

redaktə
  1. ↑ Hündür acıyonca:Plants of the World Online saytında takson barədə məlumat. (ing.)
  2. ↑ Hündür acıyonca:''The Plant List saytında takson barədə məlumat. (ing.)

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Hündür_acıyonca&oldid=7336451"
LOVE.AZ