. Love.az

Cosplay - Wikipedia - Love.az

Ana Səhifə - Cosplay

"Kospley"[1] (yap. コスプレ kosupure) — Yapon dilində "kostyum oyunu" birləşmiş sözündən əmələ gəlir, ekranda görünən fəaliyyətinin hərəkət formasını almaq demekdir.[2] Müasir kospley anime və manqa həvəskarları nəticəsində Yaponiyada çıxdı.[3]

Yuna kospley, FanimeCon 2014

Mündəricat

  • 1 Tarix
  • 2 Kospley tədbirləri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Tarix

redaktə

Kospley müasir Yaponiya mədəniyyətinin bir parçası olaraq qəbul olunsa da, ABŞ-də yaranmışdır.[4] 1939-cu ildə Nyu-Yorkda ilk dəfə keçirilən WorldCon`a (World Science Fiction Convention) qatılan iki gənc, Forrest J.Akerman və onun dostu Mirtl R.Cons “Street Fighter” kostyumu geyinmişdilər. Daha sonra bu, digər tədbirlərdə adət halını almağa başladı. 1983-cü ildəki WorldCona qatılan ləqəbi NoV olan Nobuyuki Takahaşi özünü nağıl, oyun, komiks və s. qəhrəmanları arasında tapır və bu onun o qədər xoşuna gəlir ki, Yaponiyaya qayıdar-qayıtmaz bu barədə məqalə yazır. "Kospley" terminini də ilk dəfə o işlədir.

Kospley tədbirləri

redaktə

Kospley konvensiyası – genişmiqyaslı tədbirlərə verilən addır. Əgər bir tədbirin sonunda “CON” qısaltması varsa, böyük ehtimal konvensiyanın içində kospley var.

Həmçinin bax

redaktə
  • Anime
  • Otaku

İstinadlar

redaktə
  1. ↑ "Azərbaycanlı kospleyerlər: Onlar kimdir və nə istəyirlər?". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-29.
  2. ↑ Clements, Jonathan, McCarthy, Helen. The Anime Encyclopedia: A Guide to Japanese Animation Since 1917. — 2nd Volume — Stone Bridge Press, 2006. — P. 30. — 867 p. — ISBN 978-1-93-333010-5.
  3. ↑ "Azərbaycan animesevərləri birləşdi - Foto". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-13.
  4. ↑ Cosplay nədir? Azərbaycanda cosplay`ın vəziyyəti necədir?[ölü keçid]
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Kospley&oldid=7030907"
LOVE.AZ