Covanna Antonelli (port. Giovanna Antonelli) — Braziliyalı aktrisa, televiziya aparıcısı və prodüserdir.[2][3]
Covanna Antonelli | |
---|---|
Giovanna Antonelli | |
![]() Antonelli 2012-ci ildə | |
Doğum adı | Giovanna Antonelli Prado[1] |
Doğum tarixi | (49 yaş) |
Doğum yeri |
Rio-de-Janeyro, ![]() |
Milliyyəti | Braziliyalı |
Vətəndaşlığı |
![]() |
Həyat yoldaşı |
(e. 2000; b. 2002)
(e. 2007; b. 2007) |
Uşağı | 3 |
Fəaliyyəti |
|
Fəaliyyət illəri | 1990 - davam edir |
IMDb | ID0031277 |
![]() |
Antonelli Hilton Prado və Sueli Antonellinin qızıdır. Qardaşı Leonardo Pietro Antonelli vəkildir. Onun Qabriel adlı bir qardaşı oğlu və Mina adlı bir qardaşı qızı var.[4] Onun ilk münasibəti 16-21 yaşları arasında olub. Daha sonra o, iş adamı Rikardo Medina ilə görüşməyə başladı və 8 mart 2000-ci ildə onların evliliyi baş tutub. 2002-ci ilin fevralında isə boşandılar.[5]
2002-ci ildə Klon telenovelasında tərəf müqavili aktyor Murilo Benesioya ilə münasibətə başladı və 24 may 2005-ci ildə Antonellinin ilk övladı və Murilonun ikinci övladı olan Pietro dünyaya gəldi. Həmin ilin noyabrında cütlük ayrıldı.[6] İlk ayrılığında, 2004-cü ilin avqustunda[7] iş adamı Aleksandr Assioli ilə qısa müddətlik münasibəti oldu.[8]
2005-ci ildə o, amerikalı iş adamı Robert LoKascio ilə tanış olur və onlar İtaliyada nişanlandılar.[9] Nişan cəmi dörd ay davam etdi.[10]
2009-cu ildə iş adamı Artur Fernandes ilə iki illik münasibətini bitirdi.[11] Daha sonra 8 oktyabr 2010-cu ildə rejissor Leonardo Noqueira[12][13] ilə görüşməyə başladı və Antonia və Sofia adlı əkizləri dünyaya gəldi.[14]