. Love.az

Covanni Battista Antonelli - Wikipedia - Love.az

Ana Səhifə - Covanni Battista Antonelli
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Covanni Battista Antonelli (it. Giovanni Battista Antonelli; isp. Juan Bautista Antonelli) — İtaliyalı hərb memarı. Covvani Antonelli İtaliyanın Qatteo şəhərindən anadan olmuş və İspaniyanın Toledo şəhərində vəfat etmişdir. Əsasən qalaların və hərbi binaların tikintisi sahəsində fəaliyyət göstərmişdir. Covvaninin ən önəmli inşaat işlərindən biri Aralıq dənizi sahilləridə düşmən gəmilərini izləmək üçün tikilmiş müşahidə qüllələridir. Qardaşı Battista Antonellidə özü kimi hərb memarığı ilə məşğul olmuşdur.

Covanni Battista Antonelli
it. Giovanni Battista Antonelli
Şəxsi məlumatlar
Doğum tarixi 1527
Doğum yeri Qatteo, İtaliya
Vəfat tarixi 1588
Vəfat yeri Toledo, İspaniya
İşləri və nailiyyətləri
Memarlıq üslubu Hərb memarı

Fəaliyyəti

redaktə

Covvani Antonelli XVI əsrin ikinci yarısında Pireney yarımadası və Aralıq dənizində İspaniya imperiyası üçün hərbi istehkamlar və qalalar inşa etməyə başlayır. Kralın razılığı və rəhbərliyi ilə həyata keçirilən tikinti işləri nəticəsində özünü peşəkar bir memar kimi doğrultmağı bacaran Covvaniyə qısa zamanda daha məsuliyyətli bir iş həvalə olunur.

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Covanni_Battista_Antonelli&oldid=5525397"
LOVE.AZ