Cozef Morqan (ing. Joseph Morgan, doğum adı: Cozef Martin) — İngiltərəli aktyor və rejissor. The CW kanalında yayımlanmış Vampirin Gündəlikləri və onun spin-off versiyası olan İlk Doğulmuşlar seriallarında oynadığı Klaus Mayklson rolu ilə tanınır.
Cozef Morgan | |
---|---|
Joseph Morgan | |
![]() Morqan 2014-cü ildə PaleyFest mərasimində İlk Doğulmuşlar serialının təqdimatında | |
Doğum adı | Cozef Martin |
Doğum tarixi | (43 yaş) |
Doğum yeri |
London ![]() |
Milliyyəti | Britaniyalı |
Vətəndaşlığı |
![]() |
Həyat yoldaşı | Persia Vayt (e. 2014) |
Uşağı | 1 ögey qızı (Persia Vaytın əvvəlki evliliyindən) |
Fəaliyyəti |
Aktyor Rejissor |
Fəaliyyət illəri | 2002-indiyədək |
Təhsili | |
Tanınma səbəbi |
Vampirin Gündəlikləri İlk Doğulmuşlar |
IMDb | ID604784 |
![]() |
Cozef London şəhərində doğulub, lakin 11 il Uelsin Suonsi şəhərində yaşayıb.[2] O ailənin böyük uşağıdır. Cosef əvvəlcə Morriston Comprehensive School məktəbində təhsil aldı. Daha sonra isə incəsənət üzrə Gorseinon Kollecində (hazırda Gower College Swansea adlanır) təhsilini davam etdirdi. Yeniyetməlik vaxtlarında isə Londona qayıdaraq burada Central School of Speech and Drama universitetinə daxil oldu.
Cozef karyerasına Sky One kanalının serialı olan Cadu serialında Troy rolu ilə başladı. Daha sonra Aleksander, Usta və Komandir: Dünyanın Uzaq Tərəfi kimi filmlərdə eləcə də BBC Two kanalında Gözəllik Xətti serialında rol aldı. O həmçinin Dok Martin və Bədbəxt Hadisə serialında eləcə də Billi Piper ilə birgə Mansfild Parkı filmində çəkilib.
Cozef Vampirin Gündəlikləri serialında Klaus Mayklson rolunu,[3] və Henri Kavill ilə birgə 2011-ci il filmi olan Ölümsüzlər filmində Lisander roluni ifa edib. BuddyTV onu "2011-ci ilin ən seksual kişisi" kateqoriyasında 84-cü yerə layiq görüb.[4] 2013-cü ilin yanvar ayında Vampirin Gündəlikləri-nin spin-off versiyası olan İlk Doğulmuşlar serialının yayımlanacağı və Klaus rolunun Cozef tərəfindən oynanılacağı xəbəri verildi.[5][6]
Cosef Positive Women layihəsinin dəstəkçisidir[7] eləcə də fanatlarına ad günündə bu layihəyə dəstək olmaq üçün ianə verməyə çağırır. Vampirin Gündəlikləri serialının çəkilişləri zamanı aktrisa Persia Vayt ilə tanış olur və 2014-cü ildə 3 illik münasibətdən sonra nişanlanır.[8][9] Onlar 2014-cü il 5 iyulda Yamaykanın Oko Rios şəhərində evləndilər.[10] O Persianın digər evlilikdən olan qızının ögey atasıdır.[11]
İl | Filmin adı | Rol | Qeydlər |
---|---|---|---|
2003 | Eroika | Mattias | |
2003 | Henri VIII | Tomas Kulpepper | |
2003 | Usta və Komandir: Dünyanın Uzaq Tərəfi | Uilliam Uarley, Mizzentopun kapitanı | |
2004 | Aleksander | Filotas | |
2005 | Uilliam və Meri | Kallum | |
2006 | Kennet Uilliams: Fantabulosa! | Alfi | |
2007 | Mansfild Parkı | Uilliam Pris | |
2011 | Krest Mələkləri | Rusti | |
2011 | Əzab | Paul | |
2011 | Ölümsüzlər | Lisander | |
2011 | Bu Əllər İlə | Corc | Qısametrajlı film, həmçinin prodüser və ssenarist |
2013 | İnqilab | rejissor/ssenarist, qısametrajlı film | |
2013 | Açıq Məzar | Natan | |
2014 | Armistik | A. C. Budd | |
2014 | Şimala 500 Mil | Ceyms Hoq | |
2014 | Ehtiras | Erik Aşvort |
İl | Filmin adı | Rol | Qeydlər |
---|---|---|---|
2002 | Qulyabanilər | Reverend Parr | |
2004 | Cadu | Troy | |
2006 | Gözəllik Xətti | Casper | |
2007 | Səssiz Şahid | Metyu Uilliams | |
2007 | Dok Martin | Mik Mabli | |
2008–09 | Bədbəxt Hadisə | Toni / Toni Ris | |
2010 | Ben Hur | Cuda Ben-Hur | |
2011–2016 | Vampirin Gündəlikləri | Klaus Mayklson | Ardıcıl rol: 2-ci mövsüm Əsas rol: 3–4-cü mövsümlər Qonaq qismində: 5–7-ci mövsümlər |
2013–indiyədək | İlk Doğulmuşlar | Klaus Mayklson | Baş rol |
İl | Filmin adı | Qeydlər |
---|---|---|
2016 | İlk Doğulmuşlar | Seria: "Qara Üfüqün Arxası" |
2017 | İlk Doğulmuşlar | Seria: "Evin Sahibləri" |
İl | Mükafat | Katqoriya | Namizəd | Nəticə |
---|---|---|---|---|
2011 | Yeniyetmə Seçimi Mükafatı | Choice TV Villain | Vampirin Gündəlikləri | Namizəd |
2012 | Yeniyetmə Seçimi Mükafatı | Choice TV Villain | Vampirin Gündəlikləri | Namizəd |
2013 | Yeniyetmə Seçimi Mükafatı | Choice TV Villain | Vampirin Gündəlikləri | Namizəd |
2013 | TV Guide Mükafatı | Choice TV Villain | Vampirin Gündəlikləri | Qazandı |
2014 | Xalqın Seçimi Mükafatı | Yeni serialda bəyənilən aktyor | İlk Doğulmuşlar | Qazandı |
2014 | Yeniyetmə Seçimi Mükafatı | Ən yaxşı elmi fantastikada rola görə | İlk Doğulmuşlar | Namizəd |
2014 | MTV Millennial Mükafatı[12] | El Mejor Chupasangre (Az: Ən yaxşı vampir) | İlk Doğulmuşlar | Namizəd |
2015 | Yeniyetmə Seçimi Mükafatı | Ən yaxşı elmi fantastikada rola görə | İlk Doğulmuşlar | Namizəd |
2016 | Yeniyetmə Seçimi Mükafatı | Choice TV: Liplock (Leah Pipes ilə paylaşdı) | İlk Doğulmuşlar | Namizəd |