Dovşankələmikimilər (lat. Crassulaceae) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinə aid bitki fəsiləsi.
Dovşankələmikimilər | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | ||||||||||||
Elmi təsnifat | ||||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Dovşankələmikimilər |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Cənubi Afrika, Meksika və Aralıq dənizi ölkələrinin quru, daşlıq yerlərində yayılan 35 cinsi və 1400 növü məlumdur.
Dovşankələmikimilərin çiçəkləri müntəzəmdir. İkicinsli, az-az hallarda bircinsli, ikievli bitkilərdir. Sadə, qarşılıqlı düzülmüş yarpaqları ətli, gövdəsi şirəli olur. Çiçəkləri ikiqat yanlıqlı, çox vaxt ikicinsiyyətli, beşüzvlüdür, ayrı-ayrı hallarda 3-4-6 üzvü olur. Kasacıqları sərbəstdir ya da nadir hallarda aşağıdan bitişikdir. Ləçəkləri sərbəstdir və ya az-çox bitişikdir. Erkəkcikləri 10, bəzən 6-8-12 və ya 20-dir. Yuxarı yumurtalıqdır, az-az hallarda yumurtalığı yarım aşağıdır. Meyvəsi 5-10 meyvə yarpaqcığının birləşməsindən əmələ gəlmişdir. Meyvəsi çoxtoxumlu yarpaqmeyvədir. Ot və ya kol şəklindədir. Yarpaqları adətən ətli (sukkulent) və bəsitdir. Entonomofil və kserofit bitkilərdir.