. Love.az

Cudi Foster - Wikipedia - Love.az

Ana Səhifə - Cudi Foster
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Codi Foster (ing. Alicia Christian «Jodie» Foster; 19 noyabr 1962, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.

CODİ FOSTER
ing. Jodie Foster
Doğum adı Alicia Christian Foster
Doğum tarixi 19 noyabr 1962 (62 yaş)
Doğum yeri Los-Anceles, ABŞ
Vətəndaşlığı ABŞ ABŞ
Fəaliyyəti aktrisa, rejissor
Fəaliyyət illəri 1968-ci ildən
Təhsili
  • Yel Universiteti (1980–1985),
  • Yel Kolleci,
  • The Center for Early Education[d]
Mükafatları Golden Globe Award for Best Supporting Actress – Motion Picture (Amerika Birləşmiş Ştatları) — 2021 Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı (Amerika Birləşmiş Ştatları) — 1989 Ən yaxşı qadın roluna görə "Oskar" mükafatı (Amerika Birləşmiş Ştatları) — 1992 Saturn Award for Best Actress (Amerika Birləşmiş Ştatları) — 1997 Dram janrında ən yaxşı qadın roluna görə Qızıl qlobus mükafatı — 1988
IMDb ID0000149
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Seçilmiş filmoqrafiyası
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Hollivudun məşhur aktrisalarından olan Alişa Kristian Codi Foster 1962-ci ilin 19 noyabrında ABŞ-nin Kaliforniya ştatının, Los-Anceles şəhərində anadan olub. Codi aktrisalıq fəaliyyətinə hələ üç yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. 1970-ci illərdə isə "Volt Disney" studiyasının bir neçə filmlərində çəkilib. Aktrisanın böyük kinoda ilk rolu "Napoleon və Samanta" (1972) filmi ilə başlayır. 1974-cü ildə rejissor Martin Skorsezenin "Alisa artıq burada yaşamır" filmində rol alır. Daha sonra isə elə bu rejissorun "Taksi sürücüsü" (1976) filmində yüngül həyat tərzli yeniyetməni canlandıran aktrisa 14 yaşında ilk dəfə Oskar-a nominant olur. Məhz bu filmdən sonra onu uzun müddət izləyən Con Hinkli adlı bir şəxs sonradan 1981-ci ildə ABŞ prezidenti Ronald Reyqanı öldürməyə cəhd etmişdir. O, bu addımıyla Codi Fosterin xoşuna gəlmək istədiyini bildirmişdir. Xatırladaq ki bu filmin ssenarisinə əsasən filmdə Travis Bickle-ı oynayan Robert De Niro da prezidentliyə namizədə sui qəsd edir. 1985-ci ildə Jodie "ədəbi tənqid" ixtisası üzrə Yel Universitetini bitirir. Aktrisa böyük kinoya 1988-ci ildə "The Accused" filmində oynadığı baş rolla qayıdır və bu rolu ona "Oskar" gətirir. Üstündən üç il keçdikdən sonra "Quzuların səssizliyi" (1991) filmində ifa etdiyi rola görə ikinci dəfə "Oskar"-a layiq görülür. 1995-ci ildə "Nell" filmindəki roluna görə Jodie yenidən bu mükafata nominant olur, amma bu dəfə heykəlcik başqa aktrisanın qisməti olur. Amma hər halda dünya kinosu tarixində yalnız Codi Foster və Hillari Svenk 30 yaşınadək iki "Oskar" qazanmış aktrisalardır. Codi daha sonralar "Maverik" (1994), "Kontakt" (1997), "Anna və kral" (1999), rejissor Deyvid Finçerin "Panika otağı" (2002), "Flightplan" (2005), "Inside Man" (2006), "The Brave One" (2007), "Nimin Adası" (2008) kimi filmlərdə və 2011-ci ildə ekranlara çıxan, özünün də rejissoru olduğu "Qunduz" filmində rol almışdır. "17744 Jodiefoster" asteroidi aktrisanın şərəfinə belə adlandırılıb. Foster fransızca sərbəst danışır və bəzi filmləri fransız dilinə özü dublyaj edir. Codi Foster 2014-cü ilin aprelində qadın fotoqrafçı Aleksandra Hedisonla ailə həyatı qurmuşdur.

Seçilmiş filmoqrafiyası

redaktə
  1. Alisa artıq burada yaşamır (film, 1974) / Alice Doesn't Live Here Anymore
  2. Quzuların səssizliyi (film, 1991) / The Silence of the Lambs
  3. Anna və kral (film, 1999) / Anna and the King

İstinadlar

redaktə
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Xarici keçidlər

redaktə
  •   Vikianbarda Jodie Foster ilə əlaqədar mediafayllar var
  • Codi Foster — IMDb səhifəsi
  • Jodie-Online.net Arxivləşdirilib 2017-09-17 at the Wayback Machine (ing.)
  • TV and Movie Trivia Tribute: Jodie Foster  (ing.)
  • Cudi Foster Rusiya fan sartında Arxivləşdirilib 2014-05-14 at the Wayback Machine
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Codi_Foster&oldid=8135518"
LOVE.AZ