. Love.az

Delimemmedli - Wikipedia - Love.az

Ana Səhifə - Delimemmedli

Dəliməmmədli — Azərbaycan Respublikasının Goranboy rayonunun Dəliməmmədli şəhər inzibati ərazi dairəsində şəhər.[1] [2]

Şəhər
Dəliməmmədli
40°41′33″ şm. e. 46°34′29″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tabesində Sarov
Region Gəncə-Daşkəsən iqtisadi rayonu
Rayon Goranboy rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 7 fevral 1991
Mərkəzin hündürlüyü 241 m
İqlimi subtropik
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi 10.929 nəfər
Milli tərkibi azərbaycanlılar
Etnoxronim goranboylu
Rəsmi dili Azərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 22
Poçt indeksi AZ 2216
Nəqliyyat kodu 22
Digər
goranboy-ih.gov.az
Xəritəni göstər/gizlə
Dəliməmmədli xəritədə
Dəliməmmədli
Dəliməmmədli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 Əhalinin zamanlar üzrə sayı
    • 5.1 Tanınmış şəxsləri
  • 6 İqtisadiyyatı
  • 7 Mədəniyyəti
  • 8 Təhsil
  • 9 Din
  • 10 Səhiyyə
  • 11 İstinadlar
  • 12 Həmçinin bax

Toponimikası

redaktə

Tarixi

redaktə

Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Goranboy rayonunun Dəliməmmədli şəhər tipli qəsəbəsinin əvvəlki adı saxlanılmaqla o, rayon tabeli şəhərlər kateqoriyasına aid edilmiş, Dəliməmmədli qəsəbə Soveti ləğv edilərək Dəliməmmədli şəhəri mərkəz olmaqla Dəliməmmədli şəhər Soveti yaradılmışdır.

Coğrafiyası və iqlimi

redaktə

Şəhər Gəncə-Qazax düzənliyində, Bakı-Tbilisi dəmiryolunun 349-cu kilometrliyində, Goranboy şəhərindən 26 kilometr şimal-qərbdə, Gəncə şəhərindən 17 km, Bakı şəhərindən 355 km məsafədə, Bakı-Qazax magistral yolu üzərində yerləşir. Şəhərin özündən və Sarovlu kəndindən Kürəkçayın qolları olan üç kiçik çay axır. Şəhər və ətraf torpaqlar açıq şabalıdı torpaq tipindədir.

Ərazi əsasən subtropik iqlim qurşağına aid edilir. Ərazidə daha çox mülayim hava kütlələri üstünlük təşkil edir. Qışı çox sərt deyil, yayı isə istidir. Qışda orta temperatur 2⁰C, yayda isə 23,6⁰C-yə yaxındır.

Əhalisi

redaktə

Şəhər əhalisinə görə Azərbaycanda 122-ci böyük yaşayış məntəqəsidir. Goranboy rayonu ərazisində Goranboy, Naftalan şəhərləri və Qızılhacılı qəsəbəsindən sonra ən çox əhaliyə sahib yaşayış məntəqəsidir, 5532 nəfər əhalisi var. Şəhər bələdiyyəsinin tabeliyində 361 nəfər əhalisi olan Sarovlu kəndi yerləşir.

№ Yaşayış Məntəqəsinin adı Hər məntəqə üzrə əhalinin sayı
1 Dəliməmmədli şəhər 10929
2 Sarovlu kənd 361
3 Cəmi 11.290

Əhalinin zamanlar üzrə sayı

redaktə
İl 1989 2002 2005 2023
Əhali 4560 4740 4810 11290
Hesablama növü Rəsmi siyahaya alma Rəsmi hesablama Rəsmi hesablama Rəsmi hesablama
İllik artım 1,54 % (2010)

Tanınmış şəxsləri

redaktə
  • Dadaş Rzayev (1935–2024) — General-mayor, Azərbaycan Respublikasının Müdafiə Naziri (1993).
  • Aydın Məmmədov — Azərbaycan iqtisadçısı, AMEA-nın müxbir üzvü.
  • Telman Əliyev — Akademik, AMEA Kibernetika İnstitutunun direktoru.

İqtisadiyyatı

redaktə

Şəhər iqtisadi cəhətdən çox əlverişli mövqedə yerləşir. Burada pambıq təmizləmə və süd zavodları, maşınqayırma avadanlıqları fabriki, gübrə zavodu, gips zavodu, taxıl qəbulu məntəqəsi fəaliyyət göstərir.

Mədəniyyəti

redaktə

Şəhərdə Goranboy rayonu üzrə aqroservis və aqrolizinq xidməti, kitabxana, mədəniyyət sarayı, kinoqurğu, məişət evi, idman meydançası, dəmiryolu stansiyası, bank, poçt, rabitə şöbəsi mövcuddur.

Təhsil

redaktə

Şəhərdə uşaq musiqi məktəbi, peşə məktəbi, uşaq bağçası fəaliyyət göstərir.

M.Zeynalov adına tam orta məktəb

Dəliməmmədli şəhərində yerləşən M.Zeynalov adına tam orta məktəb şəhərin əsas təhsil ocaqlarından biridir. Bu məktəb, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərir.  

Məktəb binası üç mərtəbəli, 960 şagird yerlikdir. Məktəbdə ibtidai siniflər üçün 16, orta və tam orta siniflər üçün isə 24 olmaqla, ümumilikdə 40 sinif otağı fəaliyyət göstərir. Bundan əlavə, 576 yerlik akt zalı, 320 yerlik yeməkxana və idman zalı da şagird və müəllimlərin istifadəsinə verilmişdir.  

Din

redaktə

Şəhərdə "Əkbər Cümə" məscidi dini icması fəaliyyət göstərir[3].

Səhiyyə

redaktə

Şəhərdə xəstəxana mövcuddur.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron, Ağdaş, Ağsu, Ağcabədi, Balakən, Bərdə, Beyləqan, Vartaşen, Quba, Qutqaşen, Daşkəsən, İmişli, Yevlax, Kəlbəcər, Kürdəmir, Gədəbəy, Goranboy, Laçın, Lerik, Lənkəran, Mirbəşir, Puşkin, Saatlı, Füzuli, Cəbrayıl və Şamxor rayonlarının, Dağlıq Qarabağ Muxtar Vilayəti Şuşa rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı". 2022-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  3. ↑ MÜSƏLMAN DİNİ İCMALAR - 2010-cu ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine. scwra.gov.az  (az.)

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dəliməmmədli&oldid=8030450"
LOVE.AZ