. Love.az

Derebas - Wikipedia - Love.az

Ana Səhifə - Derebas
Bu adın digər istifadə formaları üçün bax: Darbaz.

Dərəbas — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.[2]

kənd
Dərəbas
39°26′24″ şm. e. 46°07′20″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Sisyan rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 28,09 km²
Mərkəzin hündürlüyü 1.500 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 556 nəf. (2011)[1]
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Dərəbas xəritədə
Dərəbas
Dərəbas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

redaktə

Rayon mərkəzindən 29 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Dərəbaz formasında qeyd edilmişdir[3]. Kəndin adı 844-cü ildən çəkilir[4].

Toponim Azərbaycan dilində «iki dağ arasında çuxur» mənası bildirən dərə sözünə[5] türk dillərində «dağın başı», «zirvə» mənasında işlənən bas sözünün[6] birləşməsindən əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə adı dəyişdirilib Darbas (Darvaza) qoyulmuşdur.

Əhalisi

redaktə

Ermənilər buraya 1828-29-cu illərdə Türkiyədən köçürüllərək yerləşdirilmişdir. Ermənilərlə yanaşı kənddə 1831-ci ildə 164 nəfər, 1873 - cü ildə 515 nəfər, 1886-cı ildə 553 nəfər, 1897-ci ildə 730 nəfər, 1908-ci ildə 440 nəfər azərbaycanlı yaşamışdır[7].

1916-18-ci illərdə azərbaycanlılar qırğınlarla tarixi-etnik torpaqlarından qovularaq kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. İndi ermənilər yaşayır.

İstinadlar

redaktə
  1. ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 696 səh. ISBN 5-8066-1452-2
  3. ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.74
  4. ↑ Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.185
  5. ↑ Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, «Elm», 1980. s.74
  6. ↑ Радлов В.В. Опыт словарья тюркских наречий, т.IV, ч.2, СПб, 1911. s.152
  7. ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76-77, 146-147)
  Vikianbarda Dərəbas ilə əlaqəli mediafayllar var.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dərəbas&oldid=7204223"
LOVE.AZ