Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. Lütfən, mənbələri uyğun şəkildə mətnin daxilində yerləşdirərək məqalənin təkmilləşdirilməsinə kömək edin. (iyun 2024) |
Dərbənd əmirliyi — Dərbənd ərazisində olan qədim dövlət.
Əmirlik | |
Dərbənd əmirliyi | |
---|---|
![]() Dərbənd əmirliyi ərazisi (sağ üstdə) |
|
|
|
Paytaxt | Dərbənd |
Ən böyük şəhər | Məsqət, Şabran |
Dil | ərəb dili |
Rəsmi dilləri | ərəb dili |
Din | Sünni islam |
İdarəetmə forması | Monarxiya |
Əmir | |
• 869-884 | I Haşim ibn Suraka |
Azərbaycanı tutmuş ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı") adlandırdıqları sərhəd şəhəri Dərbəndi Xilafətin Qafqazdakı iri istinad məntəqəsinə çevirdilər. Uzun müddət bu şəhəri xəlifənin təyin etdiyi ərəb sərkərdələri idarə edirdilər. Onların başlıca vəzifəsi şimaldan olan hər bir hücumun, xüsusilə xəzərlərin müdaxiləsinin qarşısını almaq idi.
IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə yetirilirdi, lakin 851-ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o zaman Azərbaycan, Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əş-Şeybaniyə iqta payı kimi bağışladı.
861-ci ildə xəlifənin ölümündən sonra türklərin Bağdaddakı fəaliyyəti ilə əlaqədar Xilafət ərazisində çaxnaşmalar baş verdi. Müstəqilliyə can atan bir çox feodallar, o cümlədən Məhəmmədin mərkəzi hakimiyyətlə əlaqəsini tamam kəsərək, Şirvanı müstəqil elan etmiş qardaşı Heysəm ibn Xalid bundan istifadə etdilər.
869-cu ildə, qiyam etmiş türk əmirlərinə qarşı Xilafət mərkəzində mübarizə aparıldığı bir zamanda, Haşim ibn Suraka əs-Suləmi Dərbəndin müstəqil idarə edilməsinə nail oldu. O dövrün hadisələrini bizə çatdıran qaynaqda deyilir: "Əl-Mütəvəkkil öldürüldükdən sonra Xilafət parçalandığına, türk məvaliləri dövlətin idarəsini ələ keçirtdiklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin qazıları (yəni din uğrunda döyüşən əsgərləri) bir yerə yığılaraq, Haşimi öz əmirləri etdilər, ona böyük itaət göstərdilər"
Ərəb və yerli qaynaqların başqa məlumatlarından aydın olur ki, Haşimin Sulaym nəslinə mənsub, mənşəcə ərəb olan sələfləri hələ VIII əsrin I yarısında Dərbənd şəhərinin siyasi həyatında fəal rol oynamış, onlardan biri Əsəd ibn Zafir əs-Suləmi 736-cı ildə xəlifənin fərmanı ilə Dərbənd hakimi təyin edilmişdi. Onun digər xələflərinin, Harun ər-Rəşidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuş Nəcm ibn Haşimin və onun Azərbaycan və Ərminiyənin ərəb hakiminə qarşı üsyan etmiş oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baş vermiş böyük hadisələrlə bağlıdır.
V.F.Minorskinin fikrincə, "Haşimilərə şimal sərhədyanı vilayətinin mühafizəçiləri kimi baxılsa da, ailə ənənələrinə görə onlar artıq yerli qəbilələrarası siyasətə qatılmışdılar. Haşimin özü əldə etdiyi hakimiyyətinə görə onu dəstəkləyən və ya seçilməsinə razılıq verən həmvətənlərinə borclu idi; bu vəziyyəti onu ictimai işlərin həllində məsləhət aldığı ağsaqqal və rəislərdən asılı vəziyyətə salırdı".
Şəhərin yüksək feodal dairələrinin yardımı və razılığı sayəsində hakimiyyətə gəlmiş müstəqil Dərbənd hakimi bu hakimiyyətin irsən onun övladlarına keçməsi hüququnu da təmin edə bilmişdi. Əmirdən başqa dövlətin idarəsində güclü rol oynayan rəislər vardı. Əmirlər hakimiyyətə seçki ilə gəlirdilər və rəislərin bəyənmədiyi bir əmir asanca devrilə bilərdi. Rəislik də atadan oğula keçən bir titul idi. Bəzən əmirin üstündə təsir qazanmaq üçün rəislər bir-biri ilə mübarizə aparırdı. Paytaxtı Dərbənd olan əmirlik 883-cü ildə xəlifə Əl-Mütəmid tərəfindən tanınaraq Bakının neft mədənlərini və duz göllərini idarə etmək haqqını əldə edərək sərhədlərini cənuba doğru genişləndirmişdi. Məhəmməd özü ölkənin idarəsi işindən əl çəkdi və Gəncəyə köçdü. Sonralar o, xə lifə əl-Müstəin (862-866) tərəfindən Bizansla sərhəddə Xilafət ordusunda xidmət etməyə çağırıldı.
İtaətə gəlməyən xristian və bütpərəst tayfaların əhatəsində yaşayan bu şəhər-dövlətin ərazisi şəhərin divarlarından çox da uzaqlaşmırdı. Bu ərazini yalnız divarlardan cənubda yerləşən torpaqlar hesabına, Xəzər sahili boyunca genişləndirmək olardı.
Əmirlik Dərbənd Haşimiləri sülaləsi tərəfindən idarə olunurdu, dəfələrlə Şirvanşahlar və xarici əmirlər tərəfindən də idarə edilmişdir:
II Maymunun devrilməsindən və III Əbdülmalikin həbsindən sonra I Fəribürz əmirliyi Şirvanşahlar dövlətinə birləşdirdi.