. Love.az

Derbendli Feteli Xanin Mahnisi - Wikipedia - Love.az

Ana Səhifə - Derbendli Feteli Xanin Mahnisi
Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
  • Əgər kömək etmək istəyirsinizsə, ya da səhifə yarımçıq qalıbsa, səhifəni yaradan istifadəçi ilə əlaqə qura bilərsiniz.
  • Səhifənin tarixçəsində səhifə üzərində işləmiş istifadəçilərin adlarını görə bilərsiniz.
  • lərinizi mənbə və istinadlarla əsaslandırmağı unutmayın.
Bu məqalə sonuncu dəfə 24 saat əvvəl Shahdag (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə)

Dərbəndli Fətəli xanın mahnısı, Dərbəndli Fəth Əli xanın fars mahnısı və ya Dərbəndli Fəth Əli xanın mahnısı — Azərbaycan xalq musiqisinin ən erkən nota alınmış nümunəsi.[1]

Azərbaycan musiqisi
Ümumi mövzular
  • Musiqi alətləri
  • Xanəndə
  • Muğam üçlüyü
  • Tar ifaçılıq sənəti
  • Rəqslər
  • Balet
Janrlar
  • Caz
  • Dini
  • Hərbi
  • Hip hop
  • Klassik
  • Opera
  • Pop
  • Rok
  • Xalq musiqisi
    • Layla
    • Nanay
    • Ağı
Xüsusi formalar
Milli musiqi
  • Aşıq musiqisi
  • Meyxana
  • Muğam
  • Təsnif
Alt janrlar
  • Caz-muğam
  • Muğam operası
  • Simfonik muğam
Media və təqdim etmə
Musiqi festivalları
  • Bakı Caz Festivalı
  • Bakı payızı
  • Xarı bülbül festivalı
  • Beynəlxalq muğam festivalı
  • Hacıbəyov musiqi festivalı
  • Qəbələ Musiqi Festivalı
  • Qızıl payız-69
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni
  • b
  • m
  • r

Mündəricat

  • 1 Tarixi
  • 2 Nota alınması və nəşri
  • 3 Əhəmiyyəti, müasir araşdırmalar və bərpası
  • 4 Ədəbiyyat siyahısı
  • 5 İstinad siyahısı
  • 6 Qeydlər

Tarixi

redaktə

Mahnının yaranma dövrü XVIII əsrin ikinci yarısına təsadüf edir. Bu dövr Dərbənd xanlığının Fəth Əli xan tərəfindən birləşdirilməsi ilə bağlıdır. Güman edilir ki, dərbəndli musiqiçilər və ya yerli əhali tərəfindən, xanlığın qüdrətli Quba xanı Fəth Əli xan tərəfindən birləşdirilməsi münasibətilə, onun gəlişini və qarşılanmasını ifadə edən xüsusi bir nəğmə və ya musiqi əsəri bəstələnmişdir.

1816-cı ildə İvan Dobrovolski[q 1] Həştərxanda "Asiya Musiqi Jurnalı"nı ("Азиатского музыкального журнала") nəşr etməyə başlamışdır. 1817-ci ildə jurnalda dördüncü nömrədə "Dərbəndli Fətəli xanın mahnısı" dərc olunmuşdur. Bu, Azərbaycan xalq mahnılarının nota alınması və rəsmi nəşr olunması baxımından ilk nümunələrdən sayılır.

Jurnalda çap olunmuş bütün musiqilər, "Dərbəndli Fətəli xanın mahnısı" istisna olmaqla, həm orijinal, həm də rus dilinə tərcümə edilmiş mətnlərlə birlikdə təqdim edilmişdir. Bütün not yazıları isə fortepianoda ifa üçün köçürülmüşdür. Bu mahnının fərqli cəhəti isə onun, kamera ansamblı tərkibində – iki skripka, fleyta və iri tambur üçün kvartet kimi yazılmasıdır. Jurnalda qeyd olunan skripka, tambur və fleyta kimi musiqi alətləri, böyük ehtimalla, Azərbaycan xalq musiqisində mühüm yer tutan, yerli və milli çalğı alətləri – kamança, balaban və saz (və ya tar) kimi alətləri ifadə edir. Lakin mənbədə bu alətlər rus oxucusuna tanış olsun deyə onların ekvivalentləri ilə – yəni ruslara yaxın və tanınan alət adları ilə – verilməsi ehtimal olunur.

Nota alınması və nəşri

redaktə
 
Mahnının yer aldığı jurnalın üz qabığı

Mahnının nota yazısı Sergey Rıbakovun kitabında saxlanmış və müasir dövrdə yenidən tədqiq edilmək üçün qorunmuşdur. Dobrovolskinin jurnallarından çıxarışlar Rıbakovun 1897-ci ildə çap olunan "Ural müsəlmanlarının həyatlarını təsvir edən musiqisi və mahnıları" ("Музыка и песни уральских мусульман с описанием их быта") adlı kitabında yer alır. [2]

Rıbakovun 1897-ci ildə nəşr olunmuş kitabında bu musiqi nümunəsi "Персидская пѣсня Фатъ-Али дербентскаго хана" (Dərbəndli Fəth Əli xanın fars mahnısı) başlığı altında qeyd olunmuşdur. Araşdırmalara əsasən, mahnının belə adlandırılması bir neçə ehtimalla izah edilir. Bir tərəfdən, mahnının sözlərinin orijinalda fars dilində olması mümkündür. Digər tərəfdən isə, bu terminologiyanın daha əsaslı səbəbi kimi, dövrün rus səyyah və tədqiqatçılarının Dərbənd şəhərində yaşayan şiə əhalini ümumilikdə "fars" adlandırması göstərilir. Bu, həmin dövrdə rus mənbələrində azərbaycanlıların "tatar" kimi qeyd olunması ilə eyni etnoqrafik təsnifat yanaşmasının bir nümunəsidir. Bu kontekstdə, "персидская песня" ifadəsi təkcə dilə deyil, həm də dini və mədəni kimliyə istinad edə bilər.

Əhəmiyyəti, müasir araşdırmalar və bərpası

redaktə

"Dərbəndli Fətəli xanın mahnısı" Azərbaycan musiqi tarixində ilk dəfə nota alınmış xalq mahnısı kimi xüsusi yer tutur.

Bir sıra ictimai fəallar bu musiqi nümunəsinin not yazılarını həm yerli, həm də xarici musiqi mütəxəssislərinə təqdim edərək onun bərpası və yenidən ifa olunması istiqamətində təşəbbüslərlə çıxış etmişlər.[3]

Ədəbiyyat siyahısı

redaktə
  • İvan Dobrovolski, "Азиатский музыкальный журнал", 1817, №4
  • Сергей Гаврилович Рыбаков, "Музыка и песни уральских мусульман с описанием их быта", 1897
  • История Азербайджана. — Изд-во АН Азербайджанской ССР, 1960. — Т. 2. — С. 130.
  • Музыкальная энциклопедия: В 6 т. / Гл. ред. Ю. В. Келдыш. — М.: Советская энциклопедия, 1973—1982. — Т. 2. — С. 268–269.

İstinad siyahısı

redaktə
  1. ↑ Kərimi, Siyavuş. Dadaşova, Elnarə (redaktor). Azərbaycan xalq mahnıları (PDF) (az.). I cild. Bakı: "Öndər nəşriyyat". 2005. 4. ISBN 9952-416-75-9.
  2. ↑ Рыбаков, Сергей Гаврилович. Музыка и песни уральских мусульман с очерком их быта (rus). Sankt-Peterburq: тип. Имп. Акад. наук. 1897. 309–310.
  3. ↑ ""Dərbəndli Fətəli xanın mahnısı"". "Quba Xanlığı" Teleqram Kanalının Dzen bloqu. 23 iyul 2023.

Qeydlər

redaktə
  1. ↑ İvan Vikentyeviç Dobrovolski (1780–90-cı illər – 1851) – rus musiqiçisi, skripkaçı, dirijor, pedaqoq və folklorşünas olmuşdur. O, Həştərxanda musiqi müəllimi kimi çalışmış, ilk teatrın yaradılmasında və orkestrin formalaşdırılmasında fəal iştirak etmişdir. Həmçinin liman orkestrinə rəhbərlik etmiş, dənizçilər arasında maarifləndirici fəaliyyət göstərmişdir. Dobrovolskinin ən mühüm töhfəsi Orta Asiya və Qafqaz xalqlarının musiqi folklorunun toplanması və nəşri ilə bağlıdır. O, “Asiya Musiqi Jurnalı” (1816–1818) vasitəsilə bu musiqiləri ilk dəfə nota alıb Avropa musiqisi ilə yaxınlaşdırmağa çalışmışdır. Folklor nümunələrinin lad və ritmik özəlliklərini qorumağa xüsusi diqqət yetirmişdir. Onun bu sahədəki fəaliyyəti, bəzən tənqidə məruz qalsa da, musiqi folklorşünaslığında önəmli yer tutur.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dərbəndli_Fətəli_xanın_mahnısı&oldid=8160598"
LOVE.AZ