. Love.az

Medeniyyet Tv - Wikipedia - Love.az

Ana Səhifə - Medeniyyet Tv
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu adın digər istifadə formaları üçün bax: Mədəniyyət (dəqiqləşdirmə).

Mədəniyyət Televiziyası — Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) nəzdində fəaliyyət göstərən kanal. Kanal 14 fevral 2011-ci il, saat 20:30-da yayıma başlamışdır. "Mədəniyyət" kanalının əsas məqsədlərindən biri Azərbaycan mədəniyyətinin dəyərlərini dünyaya çatdırmaq, həmçinin dünya mədəniyyət incilərini Azərbaycanda təbliğ etməkdir. "Mədəniyyət" kanalı ölkədə təşkil olunan mədəniyyət tədbirləri ilə bağlı bütün layihələrin də ekskluziv yayım hüququna malikdir.

Mədəniyyət TV
Loqonun şəkli
Ölkə Azərbaycan Azərbaycan
Yayım ərazisi Azerspace-1 peykinin əhatə dairəsi
Dil Azərbaycan dili
Baş qərargah Mehdi Hüseyn küçəsi 1, Bakı, Azərbaycan
Yaranma tarixi 14 fevral 2011 (20:30)
Sahibi Azərbaycan dövləti
Rəhbərlik Dilarə Səlim[1]
Şüar Bizi birləşdirən Mədəniyyət kanalı
Qardaş kanallar AzTV
İdman TV
Radio Respublika
Sayt www.medeniyyettv.az

6 noyabr 2013-cü il tarixində 16:9 təsvir formatlı yayıma keçmişdir.

14 fevral 2018-ci tarixindən 24 saatlıq yayım rejiminə başlamışdır.

31 may 2021-ci ildən etibarən Azərbaycan Televiziyası, İdman TV və "Mədəniyyət" kanalı HD yayıma başlayıb.

Böyük vəsait tələb edən bu proses Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən həyata keçirilidi.

28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.

Kanalın köhnə loqosu (2011–2019-cu illər)

Mündəricat

  • 1 Rəhbərlik
    • 1.1 Baş direktorlar
    • 1.2 Direktor müavinləri
  • 2 İstinadlar

Rəhbərlik

redaktə

Baş direktorlar

redaktə
  • Mədəniyyət kanalının baş direktoru – Dilarə Səlim
  • 19.10.2021 direktor vəzifəsinə Ülviyyə Könül təyin edilib.
  • 10.01.2024-cü il tarixində Dilarə Səlim direktor vəzifəsinə təyin edilib.[2]

Direktor müavinləri

redaktə
  • Direktor müavini — Riad Quliyev.
  • Direktor müavini — Bəhruz Niftəliyev.
  • Direktor müavini — Lamiyyə Ələkbərova.

İstinadlar

redaktə
  1. ↑ "Arxivlənmiş surət". 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.
  2. ↑ ""Mədəniyyət" telekanalına yeni direktor təyin edilib". Oxu.Az (az.). 2024-01-10. 2024-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Mədəniyyət_TV&oldid=7982319"
LOVE.AZ