Dərvişli — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Dərvişli kənd inzibati ərazi dairəsində kənd.[3][4]
Dərvişli | |
---|---|
39°24′08″ şm. e. 48°34′49″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1323[2] |
Xəritəni göstər/gizlə
|
Kənd keçmişdə rayonun ərazisindəki Ağdam adlı qala xarabalıqlarının adı ilə Ağdamkənd adlanmışdır. Kəndin ərazisi əvvəllər dərvişbəyli tayfasına məxsus qışlaq olmuşdur. Sonralar həmin tayfaya mənsub ailələr qışlaq yerində məskunlaşaraq buranı daimi yaşayış məntəqəsinə çevirmiş, kəndə də öz adlarını vermişlər. Tədricən Dərvişbəyli adındakı bəy sözü düşmüş və Dərvişli şəklini almışdır.[5]
Dərvişli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
866 | Seidallıtəpə kurqanı[6] | Dəmir dövrü | Dərvişli kəndi | Arxeoloji | Ölkə |
Kənd düzənlikdə, rayonun cənub-şərqində yerləşir. Əsgərabad, Aşağı Cürəli, Ağalıkənd, Ovçubərə kəndləri ilə sərhəddir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[7] | 1288 | 646 | 642 |
2009[8] | ↗1476 | ↗753 | ↗723 |
Kənddə 340 təsərrüfat var. "Modul" tipli sudurulducü qurğu fəaliyyət göstərir.
Kənddə Dərvişli kənd kitabxana filialı,[9] Dərvişli kənd Mədəniyyət Evi[10] və Dərvişli Poçt Şöbəsi (AZ1323)[11] fəaliyyət göstərir.
Kənddə Dərvişli kənd tam orta məktəbi fəaliyyət göstərir.[12][13]
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.