Daimi şah — "Şah"ların ardıcıl seriyasıdır ki, şah özünə sığınacaq tapa bilmir[1].
Dəyirman — Topun və filin iştirakı ilə açıq silsilə şahlar elan edən kombinasiyanın adı[2].
Dəyişmə — Bir-birinə bərabər olan fiqurların dəyişməsi gedişidir[1].
Düzgün olmayan başlanğıc — Bir sıra az işlənən və nəzəriyyəcə zəif işlədilmiş başlanğıcların (1.d3-Andersson debütü; 1.e3-van Kruysa debütü; 1.c3-Saraqossa başlanğıcı; 1.d3-Mizes başlanğıcı) və adsız başlanğıcların (1.b3, 1. Ac3, 1.g4, 1. Ah3 və s.) ümumi adı[3].
Götürmə — Taxta üzərindən rəqibin fiqurunu və ya piyadasını çıxarmaq. Bu zaman oyunçu fiqurunu və ya piyadanı rəqibin fiqurunun və ya piyadasının tutduğu xanaya qoyur[2].
Qədim hind başlanğıcı (Benko debütü, Macarıstan görüşü) — Bu debütü ilk dəfə olaraq XIX əsrdə tətbiq edən Hindistan şahmatçılarının şərəfinə adlandırılmışdır[4].