. Love.az

Deyirmikirpikliler Destesi - Wikipedia - Love.az

Ana Səhifə - Deyirmikirpikliler Destesi

Dəyirmikirpiklilər dəstəsi (lat. PERITRICHA ) — Heyvan qamçılıları yarımsinfinə aid olan dəstə.

Dəyirmikirpiklilər dəstəsi
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Dəyirmikirpiklilər dəstəsi
Beynəlxalq elmi adı
PERITRICHA
Vikinövlərin loqotipi
Vikinövlərdə
sistematika
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  46458

Mündəricat

  • 1 Haqqında
  • 2 Mənbə
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Haqqında

redaktə

Dəyirmikirpiklilərin böyük əksəriyyəti oturaq həyat tərzi keçirir . Kirpik aparatı peristomu əhatə edən spiral membranella dəstindən ibarətdir. Ağızətrafı spiral membranellalar spiralkirpiklilərdən fərqli olaraq, sola doğru burulmuşdur. Bədənin qalan hissələri kirpiklərdən məhrumdur. Yalnız üzmə mərhələsində bədənin dal ucunda kirpiklər olur. Su hövzələrində dəyirmikirpiklilərin Vorticella cinsindən olan, oturaq həyat tərzi keçirən növləri geniş yayılmışdır. Bu cinsin nümayəndələri su bitkilərinə , molyuskaların çanağına spiral kimi yığıla bilən uzun saplaqlarla yapışaraq , tək halda yaşayırlar . Onların bədənləri də yığıla bilir. Dəyirmikirpiklilərin koloniya halında yaşayan formaları da vardır. Çətirəbənzər formaya malik olan Zoothamnium cinsinin koloniyaları müxtəlif su bitkilərinin yarpaqları üzərində yaşayırlar. Dəyirmikirpiklilərin qeyri-cinsi çoxalmaları bölünmə vasitəsilədir. Bu zaman fərdlərdən biri saplaqdan qalır, suya düşən fərdin isə bədəninin dal ucunda kirpiklər əmələ gəlir. Bu fərd suda üzdükdən sonra kirpiklərini itirir, saplaq əmələ gətirərək substrata yapışır. Kanyuqasiyadan saplaqdan, adətən kiçik ölçülü fərdlər ayrılır. Onlar mikrokonyuqantlar adlanır. Mikrokonyuqantlar bədənin dal ucunda yerləşən kirpikləri vasitəsilə bir müddət suda üzür və oturaq fərdlərə — makrokonyuqantlara yapışırlar. Konyuqasiya prosesi zamanı mikrokonyuqantın nüvə aparatı və protoplazmasının bir hissəsi makrokonyuqanta keçir. Sinkarion nüvə ancaq makrokonyuqantda əmələ gəlir . Beləliklə, mayalanmada ancaq bir tərəf iştirak edir, mikrokonyuqant məhv olur. Bu prosesdə mikrokonyuqant erkək fərd , makrokanyuqant isə dişi fərd hesab olunur. Dəyirmikirpiklilərin koloniya halında yaşayan digər nümayəndələri Campanella cinsində birləşmişdir. Bu növlər yığılmayan saplaqları olan ağacşəkilli koloniyalar əmələ gətirirlər .[1]

Mənbə

redaktə

B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh

Həmçinin bax

redaktə
  • İnfuzorlar
  • Bərabərkirpiklilər dəstəsi
  • Spiralkirpiklilər dəstəsi

Xarici keçidlər

redaktə
  • Vorticella Feeding
  • Vorticella

İstinadlar

redaktə
  1. ↑ B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dəyirmikirpiklilər_dəstəsi&oldid=6718726"
LOVE.AZ