. Love.az

Heyvan Qamcililari - Wikipedia - Love.az

Ana Səhifə - Heyvan Qamcililari

Heyvan qamçılıları və ya Zoomastiqinlər – (lat. – Zoomastigophora) sinfi. Bu sinfi rəngsiz qamçılılar da adlandırırlar.

Heyvan qamçılıları
Elmi təsnifat
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???:
Heyvan qamçılıları
Beynəlxalq elmi adı
  • Zoomastigophora
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
ITIS  43810
EOL  4999

Mündəricat

  • 1 Həyat tərzi
  • 2 Quruluşu
  • 3 Həmçinin bax
  • 4 Ədəbiyyat
  • 5 İstinadlar

Həyat tərzi

redaktə

Forma və quruluşuna görə müxtəlif: suda və torpaqda yaşayan rəngsiz qamçılıları əhatə edir. Saprofit və ya animal yolla qidalanan heterotrof orqanizmlərdir. Zooflagellatların bir hissəsi parazit həyat tərzinə keçmişdir. Onlar onurğalı və onurğasız heyvanların, eləcə də bitki və insanların təhlükəli xəstəliklərinin törədiciləidir.

Quruluşu

redaktə

Bədənin ölçüsü 5–10 ilə 20–30 mkm (nadir hallarda 100-ə qədər) arasında dəyişir. Bir və ya bir neçə qamçısı və nüvəsi var. Bəzi formalarda bədən dəyişkəndir, psevdopodiyalar əmələ gətirə bilir. Çoxalma – qeyri-cinsi yolladır, iki yerə bölünməklə baş verir. Cinsi proses də məlumdur (Polytoma). Yapışmış və plankton, tək və ya kolonial heyvanlardır. Aerob şəraitə üstünlük verirlər, ancaq anaerob qrupları da vardır (Diplomonadidae).[1]

  • Heyvan qamçılıları sinfinə 7 dəstə daxildir.

Choanoflagellida

Bicosoesida

Rhizomastigida

Kinetoplastida

Hypermastigida

Opalinina

Polymastigina

  • Azərbaycanda 3 dəstənin – Rhizomastigida, Kinetoplastida və Polymastigina dəstələrinin nümayəndələri qeydə alınmışdır.

Həmçinin bax

redaktə
  • Dəyirmikirpiklilər dəstəsi
  • Selikli Sporlular sinfi

Ədəbiyyat

redaktə
  1. Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Heyvan_qamçılıları&oldid=7565107"
LOVE.AZ