. Love.az

Dagdagan Asirimi - Wikipedia - Love.az

Ana Səhifə - Dagdagan Asirimi
Bu adın digər istifadə formaları üçün bax: Dağdağan (dəqiqləşdirmə).

Dağdağan aşırımı – Şahbuz rayonu ərazisində, Zəngəzur silsiləsinin  suayırıcısında, Naxçıvançayın sol qolu Zərnətünçayın mənbə hissəsində aşırım (hünd. 2858,5 m).   Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Cənub-qərb yamacında vulkanogen törəmələr Orta Pleystosenin flüvioqlasial çöküntülərilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli qırılma pozulması keçir.[1]

Dağdağan aşırımı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2858,5 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon
  • Şahbuz

Həmçinin bax:

redaktə
  • Qapıcıq dağı
  • Cindağ (Şahbuz)
  • Ağrıdağ
  • Ağqaya (Babək rayonu)
  • aşırım
  • Biçənək aşırımı
  • Kilid dağı (Culfa)

İstinadlar

redaktə
  1. ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dağdağan_aşırımı&oldid=6087596"
LOVE.AZ