. Love.az

Daewoo Nexia - Wikipedia - Love.az

Ana Səhifə - Daewoo Nexia

Daewoo Nexia — Cənubi Koreyanın Daewoo kompaniyası tərəfindən hazırlanan avtomobil. Avtomobil 1984–1991-ci ildə istehsal olunmuş Opel Kadett E avtomobilinə əsaslanmışdır. 1996-cı ildən etibarən Özbəkistanın Asaka şəhərində istehsal olunur. Avtomobil MDB məkanından populyardır. 500000-dən çox avtomobil istehsal edilib.

Daewoo Nexia
Ümumi məlumatlar
İstehsalçı Daewoo Motors və GM Daewoo (2011-ci ilədək)
UzDaewooAuto
İstehsal ili 1994—1997 (Cənubi Koreya)
1995–2002 (Vyetnam)
1996–2008 (Misir)
1996–2007 (Rumıniya)
1996–h.h. (Özbəkistan)
Yığım Asaka, Özbəkistan
Sinfi C
Başqa adı Daewoo Cielo
Ravon Nexia
Daewoo LeMans
Dizayn
Platforma Opel Kadett E
Güc xüsusiyyətləri
Mühərrik
1,5 L G15MF l4
İstehsalçı:Daewoo-Motors
Markası:1,5 L G15MF l4
Tipi:benzin
Həcmi:1498 sm3
Maksimal gücü:55.4 kVt (75 a.g.), 5400 dövr/dəq-də
Maksimal eşmə anı :120,2 N•m, 3400 dövr/dəq
Konfiqurasiya:1
Silindrlər:4
Klapanlar:8
Maksimal sürət:168 km/saat
Porşenin gedişi:76,5 mm
Sıxılma dərəcəsi:8,5
Tövsiyə edilən yanacaq :Aİ-95
1,5 L A15MF l4
İstehsalçı:Daewoo-Motors
Markası:1,5 L A15MF l4
Tipi:benzin
Həcmi:1498 sm3
Maksimal gücü:62.5 kVt (85 a.g.), 5200 dövr/dəq-də
Maksimal eşmə anı :130.3 N•m, 3800 dövr/dəq
Konfiqurasiya:1
Silindrlər:4
Klapanlar:16
Maksimal sürət:164 km/saat
Porşenin gedişi:81,5 mm
Sıxılma dərəcəsi:10,3
Tövsiyə edilən yanacaq :Aİ-95
1,6 L F16D3 l4
İstehsalçı:Daewoo-Motors
Markası:1,6 L F16D3 l4
Tipi:benzin
Həcmi:1597 sm3
Maksimal gücü:80 kVt (109 a.g.), 5400 dövr/dəq-də
Maksimal eşmə anı :120,2 N•m, 3400 dövr/dəq
Konfiqurasiya:1
Silindrlər:4
Klapanlar:16
Maksimal sürət:177 km/saat
Tövsiyə edilən yanacaq :Aİ-95
1,5 A15SMS l4
İstehsalçı:Daewoo Motors
Markası:1,5 A15SMS l4
Tipi:benzin
Həcmi:1498 sm3
Maksimal gücü:58.6 kVt (80 a.g.), 5200 dövr/dəq-də
Maksimal eşmə anı :123 N•m, 3200 dövr/dəq
Konfiqurasiya:1
Silindrlər:4
Klapanlar:8
Maksimal sürət:163 km/saat
Qarışıq sərfiyyat:7.6 l/100 km
Şəhərdaxilində sərfiyyat :9.8 l/100 km
Trasda sərfiyyat:5.4 l/100 km
Tövsiyə edilən yanacaq :Aİ-95
Transmissiya 5 (mexanika), 4 (avtomat)
Qabariti
Uzunluğu 4482 mm
Eni 1662 mm
Hündürlüyü 1393 mm
Klirens 158 mm
Təkər bazası 2.520 mm
Arxa təkər çevrəsi 1406 mm
Ön təkər çevrəsi 1400 mm
Kütləsi 1.025 kq
Dinamika
Sürətlənmə (0–100 km/s) 12,5 (1,5 üçün)
Maksimal sürət 172 (1,5 üçün)
Digər
Yanacaq sərfi 90 km/saat (5,2/5,6)
120 km/saat (6,7/7,4)
10,2/10,4 (1,5 üçün)
Bakın tutumu 50
Dizayner Corcetto Cucaro, ItalDesign
← Daewoo Racer
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Nexia I
  • 2 2008-ci ilin restaylinqi
  • 3 Nexia II
  • 4 Qalereya

Nexia I

redaktə
 
Birinci nəsil Nexia

Daewoo Nexia — Opel Kadett E-nin əsasında yaradılmışdır və 1994-cü ildən etibarən istehsal olunur. Model Cənubi Koreyada Daewoo Cielo adı ilə satılırdı. Cənubi Koreya ilə yanaşı Daewoo Nexia 1996-cı ildən etibarən Daewoo-nun xarici filiallarında da istehsal olunmağa başlandı. 1998-ci ilə kimi Rostovda (Rusiyada) da Daewoo Nexia istehsal olunurdu. Hazırda model yalnız Özbəkistanın Asaka şəhərində istehsal olunur.

Avtomobil sedan kuzovludur. Hazırda avtomobil iki əsas komplektasiyalarda satılır: baza GL və genişləndirilmiş GLE. GLE versiyada dekorativ təkər qabaqları, atermal şüşələr, bəzək bamperləri və s. vardır. Avtomobil kondisionerlə təchiz olunmuşdur və bəzi modellərdə sükanın hidrogücləndiricisi var. 1996-cı ildən 2002-ci ilə kimi 1,5 L G15MF mühərriki ilə avtomobil təchiz olunmuşdur.

2002-ci ildə maşının özbək versiyasında ilk restaylinq olur. Nəticədə kuzov və mühərrik dəyişdirilir. Avtomobil A15MF mühərriki ilə təchiz olunur. Avtomobilin bu versiyası 2008-ci ilə kimi istehsal olunur.

2008-ci ilin restaylinqi

redaktə
 
Nexia restaylinqdən sonra
 
Nexia restaylinqə kimi (sağda) və restaylinqdən sonra (solda)

2008-ci ildə UzDaewoo kompaniyası modelin restaylinqini etdi. Əsasən maşının qabaq və arxa bamperləri, optika, salon yeniləndi. Maşın Chevrolet Lanos maşının A15SMS mühərriki ilə və Chevrolet Lacetti avtomobilinin F16D3 mühərriki ilə təchiz olundu.

Nexia II

redaktə

2015-ci ildən etibarən Daewoo Nexia avtomobilinin adı dəyişdirilərək Ravon Nexia oldu. Bununla yanaşı maşının dizaynı dəyişdirildi və Chevrolet Aveo T250 maşının dizaynına əsaslandı.

Qalereya

redaktə
  •  
    3 qapılı hetçbek
  •  
  •  
  •  
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Daewoo_Nexia&oldid=7420030"
LOVE.AZ