Daily Lives of High School Boys (yaponca: 男子高校生の日常, Hepbörn: Danshi Kōkōsei no Nichijō?, azərb. Orta məktəb oğlanlarının gündəlik həyatları) — 2009–2012 illərin arasında GANGAN ONLINE jurnalında çap olunan Yasunobu Yamauçinin manqa serialı və onun eyniadlı anime serial və film adaptasiyaları.
Daily Lives of High School Boys | |
![]() Birinci cildin qapağı | |
男子高校生の日常 | |
---|---|
Janr | həyat dilimi, sitkom |
Manqa | |
Manqaka | Yasunobu Yamauçi |
Nəşriyyat | ![]() |
Jurnal | Gangan Online |
Nəşr tarixi | 21 mart, 2009 - 27 sentyabr, 2012 |
Cildlər | 7 |
Anime | |
Rejissor | Şinci Takamatsu |
Studiya | Sunrise |
Lisenziya | Hanabee (Avstraliya) NIS America (Şimalı Amerika) |
Kanal | TV Tokyo, AT-X, Bandai Channel, TVA, TVO, Niconico |
Buraxılış tarixi | 9 yanvar, 2012 - 26 mart, 2012 |
Seriyalar | 12+7 |
Anime | |
Rejissor | Dayqo Matsui |
Studiya | Showgate |
Vaxt | 85 dəq. |
![]() |
Məzmun məktəbin son illəri yaşayan Tadakuni, Hidenori və Yoşitake və onların ətrafdakıların gündəlik həyatından bəhs edir.
Manqa seriayası əvvəlcə Gangan Online internet jurnalında 2009-cu ilin mayın 21-dən, 2012-ci ilin sentyabrın 27-nə dək nəşr olunurdu. Sonra isə, o yeddi tankobon cildə toplanılıb. Onlar 2010-cu ilin fevralın 22-dən,[1] 2012-ci ilin sentyabrın 27-nə dək üzə çıxırdı[2].
№ | Nəşr tarixi | ISBN |
---|---|---|
1 | 22 fevral, 2010[1] | ISBN 9784757528062 |
2 | 22 iyun, 2010[3] | ISBN 9784757529052 |
3 | 22 oktyabr, 2010[4] | ISBN 9784757530317 |
4 | 22 aprel, 2011[5] | ISBN 9784757531994 |
5 | 22 dekabr, 2011[6] | ISBN 9784757534445 |
6 | 22 may, 2012[7] | ISBN 9784757535930 |
7 | 27 sentyabr, 2012[2] | ISBN 9784757538153 |
Sunrise studiyası tərəfindən Şinci Takamatsu tərəfindən rejissorluğu ilə istehsal olunan anime adaptasiyası 2011-ci ilin oktyabrında anons edilmiş,[8] ilk yayımı isə TV Tokyo-da 2012-ci ilin yanvarın 9-da baş tutmuşdur.[9] Sonra o, AT-X, Bandai Channel, TVA, TVO kanallarında və onlayn şəkildə Niconico-da yayımlamışdır.[10] Anime serialının seriyaları 6 Blu-ray və DVD cildində toplanmış, Yaponiyada 2012-ci ilin aprelin 3-ün və sentyabrın 4-dün arasında bu şəkildə buraxılmışdır. Bu disklərdə həmçinin bonus seriyalar və televiziyadakı ilk nümayişindən əvvəl Niconico-da çıxan seriyalar var idi.[11]
Prodüseri Showgate, rejissoru isə Daiqo Matsui olan film 2013-cü ilin aprelində elan olunmuş, həmin ilin oktyabrın 12-də isə o, üzə çıxıb. Masaki Suda Tadakuni, Şuhei Nomura Yoşitake, Ryo Yoşizava isə Hidenori rolunu oynadı.[12] Filmin məzmunu orijinaldan olan Şimalı Sanada məktəbin qonuşu qızlar məktəbi ilə birgə festival hazırlanmanın ətrafında fırlanır.[13] Film Yaponiyada Blu-ray və DVD formatlarında Pony Canyon şirkəti tərəfindən 2014-cü ilin martın 19-da çıxarılıb.[14]