. Love.az

Dargali Qemerli - Wikipedia - Love.az

Ana Səhifə - Dargali Qemerli
Bu adın digər istifadə formaları üçün bax: Darğalı.

Darğalı — İrəvan quberniyasının İrəvan qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. 1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır.[2]

Kənd
Darğalı
39°56′45″ şm. e. 44°36′32″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Gərnibasar mahalı
Rayon Qəmərli rayonu
Tarixi və coğrafiyası
Əsası qoyulub 1831
Sahəsi
  • 8,64 km²
Mərkəzin hündürlüyü 871 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 2.994 nəf. (2011)[1]
Rəsmi dili
  • erməni dili
Rəqəmsal identifikatorlar
Nəqliyyat kodu 25
Xəritəni göstər/gizlə
Darğalı xəritədə
Darğalı
Darğalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Tarixi
    • 1.1 Aşağı Darğalı
    • 1.2 Yuxarı Darğalı
  • 2 Əhalisi
    • 2.1 Aşağı Darğalı
    • 2.2 Yuxarı Darğalı
  • 3 İstinadlar

Tarixi

redaktə

Aşağı Darğalı

redaktə

Rayon mərkəzindən 3–4 km şərqdə, Gərni çayından axan arxın yanında, Araz çayının yaxınlığında, Yuva kəndinin yaxınlığında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.

Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mə'nasında işlənən darğa sözünə[5] mənsubluq bildirən -lı şəkilçisinin artırılmasından əmələ gəlib "şəhər, qəza, mahal, vilayət hakiminə mənsub kənd" mə’nasını bildirir. "Aşağı" fərqləndirici əlamət bildirir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin l. XII.1949-cu il fərmanı ilə kəndin adı dəyişdirilib Anastasavan (26lardan olan Anastas Mikoyanın şərəfinə), 30. XII.1957-ci il fərmanı ilə yenidən dəyişdirilərək Aygezard qoyulmuşdur.

Yuxarı Darğalı

redaktə

1940-cı illərin əvvəllərində rayondakı Aşağı Darğalı və Yuxarı Darğalı kəndləri birləşdirilərək Darğalı kəndi yaradılmışdır.

Toponim monqol dilində "şəhər, qəza, mahal, vilayət hakimi" mənasında işlənən darğa sözünə[5] mənsubluq bildirən -lı şəkilçinin qoşulması yolu ilə əmələ gəlmişdir. "Yuxarı" fərqləndirici əlamət bildirən sözdür. Antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi

redaktə

Aşağı Darğalı

redaktə

Burada tarixən, 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Kəndə ermənilər 1828–30-cu illərdə İranın Xoy və Salmas vilayətlərindən köçürülmüşdür[6].

Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 125 nəfər, 1873-cü ildə 22 nəfər, 1886-cı ildə 36 nəfər, 1897-ci ildə 11 nəfər azərbaycanlı yaşamışdır[7].

1918-ci ildə azərbaycanlılar soyqırımına mə'ruz qaralaraq deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır.

Yuxarı Darğalı

redaktə

Kənddə 1897-ci il ddə 35 nəfər, 1926-cı ildə 4 nəfər, 1931-ci ildə 5 nəfər azərbaycanlı yaşamışdır[8].

İstinadlar

redaktə
  1. ↑ Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. ↑ İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. ↑ İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.100
  4. ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.75
  5. ↑ 1 2 Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, "Elm", 1980. s.36
  6. ↑ Hakopyan T. X., MəlikBaxşyan St. T., Barseğyan O. X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində) I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.226
  7. ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.48–49, 128–129
  8. ↑ Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.67, 128–129
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Darğalı_(Qəmərli)&oldid=8005745"
LOVE.AZ