. Love.az

Darlinq - Wikipedia - Love.az

Ana Səhifə - Darlinq

Darlinq (ing. Darling) — Avstraliyanın cənub-şərqindən axan çay, Murrey çayının sağ qolunu təşkil edir. Uzunluğuna görə Avstraliyanın ikinci çayıdır[1]. Yuxarı axarlarda Kalqoa çayı ilə birləşənə qədər Dumerik, Makintayr və Bauron adlanır. Başlanğıcını Nyu-İnqlend silsiləsindən Bourk şəhəri yaxınlığından götürür. Çayın uzunluğu 2740 km təşkil edir. Hövzəsinin sahəsi 710000 km²-dir. Əsasən yağış və yer altı suları ilə qidalanır. Səviyəsi 6–8 m arasında dəyişir. Quraq illərdə aşağı axarları quruyur.

Darlinq çayı
ing. Darling River
Ölkə  Avstraliya
Mənbəyi  
 • Yüksəkliyi 119 m
Mənsəbi Murrey çayı
 • Yüksəkliyi 35 m
Uzunluğu 2740 km
Su sərfi 100 ± 0,001 m³/s
Su hövzəsi Murrey çayı
Hövzəsinin sahəsi 710000 km²
Darlinq (Avstraliya)
Nöqtə
mənbəyi
Nöqtə
mənsəbi
Darlinq çayı Avstraliyanın fiziki xəritəsində:

29°57′29″ c. e. 146°18′28″ ş. u.HGYO

34°06′42″ şm. e. 141°54′28″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qolları

redaktə
  • Paru çayı 1210 km
  • Uorreqo çayı 1380 km
  • Kalqoa çayı 489 km
  • Barvn 700 km
  • Boqan çayı 617 km

İstinadlar

redaktə
  1. ↑ "Longest Rivers" (ingilis). Geoscience Australia. 2012-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-08-12.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Darlinq&oldid=6634564"
LOVE.AZ