. Love.az

Daryurd - Wikipedia - Love.az

Ana Səhifə - Daryurd

Daryurd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Daryurd kənd inzibati ərazi dairəsində kənd.[1] 24 iyun 2005-ci il tarixli 954-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Daryurd kəndi Əliismayıllı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Daryurd kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]

Daryurd
40°32′ şm. e. 45°40′ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.491 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Daryurd xəritədə
Daryurd
Daryurd

Mündəricat

  • 1 Toponimikası
  • 2 Tarixi
  • 3 Coğrafiyası və iqlimi
  • 4 Əhalisi
  • 5 İqtisadiyyatı
  • 6 İstinadlar
  • 7 Həmçinin bax

Toponimikası

redaktə

Kənd əvvəllər Salahlı adı ilə Novosaratovka kəndinin yaxınlığında olmuşdur. XIX əsrin ortalarında Novosaratovka kəndi salındıqdan sonra əhali həmin yerdən köçərək buradakı yurd yerlərində məskunlaşmışdır. Tədqiqatçılar oykonimi "darısqal, dar yurd" kimi izah edirlər. Yerli əhalinin məlumatına görə, kəndin əsl adı Töryurddur. Tör qədim türk dillərində "yüksək dağlıq ərazidə yerləşən otlaq" mənasındadır. Bu söz Azərbaycan dilinin qərb dialektində "yuxarı, baş" mənasında saxlanılmaqdadır.[3]

Tarixi

redaktə

Coğrafiyası və iqlimi

redaktə

Kənd Şahdağ silsiləsinin dağ tirələrindən birinin üstündə yerləşir.

Əhalisi

redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 927 nəfər əhali yaşayır.[4]

İqtisadiyyatı

redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

İstinadlar

redaktə
  1. ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. ↑ "Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında 24 iyun 2005-ci il tarixli 954-IIQ saylı Azərbaycan Respublikasının Qanunu". 2023-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  3. ↑ Daryurd // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

redaktə
Gədəbəy rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Daryurd&oldid=8143484"
LOVE.AZ