. Love.az

Dauren Abayev - Wikipedia - Love.az

Ana Səhifə - Dauren Abayev
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur.
Lütfən, əlaqəli məqalələrdən bu səhifəyə keçid verməyə çalışın. (fevral 2023)

Dəuren Əskerbek oğlu Abayev (qaz. Дәурен Әскербекұлы Абаев; d. 18 aprel 1979, Almatı, Qazaxıstan SSR, SSRİ) — Qazax diplomat, bürokrat və siyasətçi. Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri (2016–2019)[1], Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri (2019–2022) və mədəniyyət və idman naziri (2022–2023).

Dauren Abayev
qaz. Дәурен Әскербекұлы Абаев
Qazaxıstan Respublikasının mədəniyyət və idman naziri
11 yanvar 2022 – 4 yanvar 2023
SonrakıAsxat Oralov[d]
Qazaxıstan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin birinci müavini
4 may 2020 – 11 yanvar 2022
ƏvvəlkiMaulen Aşimbayev
SonrakıTimur Süleymenov[d]
Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri
25 fevral 2019 – 4 may 2020
ƏvvəlkiDarhan Kaletayev[d]
SonrakıAida Balayeva
Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri
6 may 2016 – 25 fevral 2019
Qazaxıstan Respublikası Prezidentinin Mətbuat katibi
1 oktyabr 2011 – 6 may 2016
Şəxsi məlumatlar
Doğum tarixi 18 aprel 1979(1979-04-18) (46 yaş)
Doğum yeri
  • Almatı, Almatı vilayəti, Qazaxıstan SSR, SSRİ
Təhsili
  • Əl-Fərabi Qazax Milli Universiteti
Fəaliyyəti dövlət qulluqçusu, siyasətçi
Təltifləri "Parasat" ordeni (Qazaxıstan) "Kurmet" ordeni (Qazaxıstan)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Dauren Abayev 18 aprel 1979-cu ildə Qazaxıstan SSR-in Almatı şəhərində doğulmuşdur[1].

Dauren Abayev Əl-Fərabi adına Qazax Dövlət Milli Universitetində baklavr, Niderland Krallığının Leyden Universitetində magistr təhsili almışdır[1].

2001–2003-cü illərdə Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyində fəaliyyət göstərmişdir[1].

2003–2007-ci illərdə Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı və Hollandiya Krallığındakı Səfirliklərində diplomatik xidmətdə çalışmışdır[1].

Dauren Abayev 2013-cü ildə Qazaxıstan Respublikası Prezidentinin müşaviri və mətbuat katibi təyin edilmişdir[1].

O, 2016-cı ildə Qazaxıstan Respublikasının informasiya və kommunikasiya naziri vəzifəsinə təyin olunmuşdur[1].

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 7 caspianinnovation.az Arxivləşdirilib 2020-02-07 at the Wayback Machine (az.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dauren_Abayev&oldid=8122049"
LOVE.AZ