David Makmillan (16 mart 1968, Belshill[d]) — İngilis-Amerikalı üzvi kimyaçı, üzvi sintez üzrə mütəxəssis,[4] asimmetrik üzvi kataliz sahəsində qabaqcıl,[5] həmçinin fotoredoks kataliz.[6] Prinston Universitetinin görkəmli universitet professoru, London Kral Cəmiyyətinin (2012il) və ABŞ Milli Elmlər Akademiyasının üzvü (2018 il),[7] Edinburq Kral Cəmiyyətinin müxbir üzvü (2013il).[8]
David Makmillan | |
---|---|
![]() | |
Doğum tarixi | 16 mart 1968(1968-03-16) (57 yaş) |
Doğum yeri |
|
Elm sahələri | üzvi kimya[1], Üzvi sintez[1] |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü | |
Mükafatları |
![]() |
![]() |
D. Makmillan 16 mart 1968-ci ildə Şotlandiyanın Şimali Lanarkşir, Bellshill şəhərində anadan olub və yaxınlıqdakı Nyu Stivenstonda böyüyüb.[9] O, yerli dövlət məktəblərində, New Stevenston Primary School və Bellshill Academidə oxuyub və uğurunu Şotlandiya təhsili və tərbiyəsi ilə əlaqələndirib.[10] Qlazqo Universitetini 1991-ci ildə kimya üzrə bakalavr pilləsini bitirib. O, doktorluq tədqiqatını 1990-cı ildə İrvine ştatındakı Kaliforniya Universitetində professor Larri E. Overmanın rəhbərliyi ilə aparıb və Harvard Universitetində 1996-cı ildən professor David A. Evansla postdoktur olub.
O, öz karyerasına 1998-ci ildə Berklidəki Kaliforniya Universitetində başlayıb. 2000-ci ildə Kaliforniya Texnologiya İnstitutuna köçdü və 2004-cü ildən Erl C. Entoni kimya professoru adını aldı. 2006-cı ildən — Prinston Universitetinin Kimya kafedrasının professoru, 2010–2015-ci illərdə isə bu şöbəyə rəhbərlik etmişdir.
O, Merck & Co, Amgen, Biogen Biopharma, Abbvie Research Laboratories, Johnson & Johnson Pharmaceuticals, UCB-Celtech, Constellation Pharmaceuticals, Gilead Research Laboratories şirkətlərində elmi məsləhətçi, Firmenich (İsveçrə) üçün elmi məsləhət şuralarının üzvü və Kadmon Pharmaceuticals (ABŞ) Chiromics MMC-nin həmtəsisçisi olmuşdur.[11] 2009–2014-cü illərdə Kimya Elmi jurnalının baş redaktoru vəzifəsində çalışıb.
2012-ci ildən Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü.