David Henrik Podsiadlo (pol. Dawid Henryk Podsiadło;23 may 1993[1]) 2012-ci ildə X Factor-un ikinci müsabiqəsini qazanan Polşalı müğənni. David müsabiqədən 100min Polşa zlotısı və Sony Music ilə səsyazma müqaviləsi almışdı.[2] Şouda ona Tatyana Okupnik rəhbərlik etmişdi.
David Podsyadlo | |
---|---|
pol. Dawid Podsiadło | |
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 may 1993(1993-05-23)[1] (31 yaş) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, səsyazma sənətçisi[d] |
Fəaliyyət illəri | 2010-cu ildən |
Janr | pop-rok |
Albom şirkəti | Sony Music[d] |
dawidpodsiadlo.pl | |
![]() |
Onun "Comfort and Happiness" (azərb. Rahatlıq və Xoşbəxtlik) adlı ilk albomu 28 May 2013-cü ildə işıq üzü gördü.[3] Polşa Albomları Çartında bir nömrəli debüt etdi[4] və eyni il üçqat Platin sertifikatı aldı və 2013-cü ilin Polşada ən çox satılan albomu oldu. Albom 2015 -ci ildə "Diamond" sertifikatı aldı.[5]
2014-cü ilin oktyabr ayında Podsiadło "Curly Heads" qrupu ilə bir albom buraxdı. .[6]Daniel Walczak tərəfindən hazırlanmış "Ruby Dress Skinny Dog" adlı albom , Polşa Albomları Qrafikində dördüncü sırada debüt etdi və Qızıl sertifikat aldı. [6] Albom 2015-ci ilin ilin Rock Albomu kateqoriyasında "Fryderyk" mükafatına namizəd oldu.[6]