Dayandur Sevgin (Tağıyev Dayandur Mikayıl oğlu; 5 fevral 1959, İmişli rayonu) — Azərbaycanlı yazıçı, şair, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1999).
Dayandur Sevgin | |
---|---|
Doğum tarixi | 5 fevral 1959(1959-02-05) (66 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, şair, publisist |
Üzvlüyü | |
sevgind.wordpress.com/se… |
5 fevral 1959-cu ildə İmişli rayonunun Əlipənahlı (indiki Ağamalılar) kəndində doğulub. 1976-cı ildə Zərdab rayonunun Şəftəxal kənd orta məktəbini, 1982-ci ildə Sumqayıt Politexnik Texnikumunu, 2008-ci ildə isə Bakı Slavyan Universitetinin bədii yaradıcılıq fakültəsinin bitirib.[1]
2000-ci ildən 2021-ci ilədək "Kaspi" qəzetində işləyib.
1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda Yazıçılar birliyinin ədəbi orqanı "Ulduz" jurnalında poeziya və nəsr şöbəsinin müdiridir.[2]
Ailəlidir, üç övladı var.