. Love.az

Devid Foster Volles - Wikipedia - Love.az

Ana Səhifə - Devid Foster Volles

Devid Foster Volles (ing. David Foster Wallace; 21 fevral 1962[2][3][…], İtaka[d], Nyu-York ştatı[5] – 12 sentyabr 2008[4][2][…], Klermont[d], Kaliforniya[5]) — ABŞ yazıçısı.

Devid Foster Volles
ing. David Foster Wallace[1]
Doğum tarixi 21 fevral 1962(1962-02-21)[2][3][…]
Doğum yeri
  • İtaka[d], Nyu-York ştatı, ABŞ[5]
Vəfat tarixi 12 sentyabr 2008(2008-09-12)[4][2][…] (46 yaşında)
Vəfat yeri
  • Klermont[d], Los-Anceles dairəsi, Kaliforniya, ABŞ[5]
Vəfat səbəbi asılma[d][6][7][…]
Təhsili
  • Arizona Universiteti (1985–1987)[8][9][…],
  • Harvard Universiteti (1989)[10]
Fəaliyyəti yazıçı, romançı, esseist, universitet müəllimi[d]
Fəaliyyət illəri 1987-ci ildən
İstiqamət Postmodernizm
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Həyatı
  • 2 Ölümü
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

Devid Foster Volles 1962-ci ilin 21 fevralında Nyu-Yorkda anadan olub. İllinoys Universitetində fəlsəfə professoru olan atasının və İngilis dili professoru olan anasının təsiri ilə uşaq yaşlarından etibarən fəlsəfəyə və ingilis dilinə marağı böyük olub. 1987-ci ildə Arizona universitetində ingilis dili üzrə təhsil almağa başlayan yazıçı həmin il ilk romanı olan "Sistemin süpürgəsi" (The Broom of the System) adlı əsərini bitirmişdi. Daha sonradan Harvard Universitetində fəlsəfə üzrə də təhsil alan Devid depresiyya, narkotik, tennis, sinema kimi bir-birindən fərqli mövzularda qısa hekayələr və məqalələr yazaraq adını eşitdirməyə bacarmışdı. 1996-cı ildə yazdığı "Sonsuz Zarafat" (Infinite Jest) adlı əsəri ilə olduqca uğur qazanmış, əsər "Time" jurnalı tərəfindən 1923-cü ildən bəri yazılmış ən yaxşı 100 ingilis romanı siyahısına əlavə edilmişdi. 2011-ci ildə yazıçının ölümündən sonra yayımlanmış "The Pale King" əsəri isə Pulitser mükafatına namizəd olmuşdu.

Ölümü

redaktə

Devid Foster Volles həyatının böyük hissəsində ağır depressiyadan əziyyət çəkmişdi. Meditasiya üsulu və antidepresanlarla müalicə almağa çalışsa da, depressiyasından xilas ola bilməmiş, 2008-ci ildə iki səhifəlik intihar məktubu yazdıqdan sonra yaşadığı evdə özünü asaraq intihar etmişdi.

Həmçinin bax

redaktə
  • Turun sonu (2015)

İstinadlar

redaktə
  1. ↑ Library of Congress Library of Congress Name Authority File (ing.).
  2. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. ↑ 1 2 Brant S. David Foster Wallace // Encyclopædia Britannica (ing.).
  4. ↑ 1 2 http://www.latimes.com/news/local/la-me-wallace14-2008sep14,0,7461856.story.
  5. ↑ 1 2 3 4 Deutsche Nationalbibliothek Record #122865251 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  6. ↑ https://www.salon.com/2008/09/26/david_foster_wallace_2/.
  7. ↑ http://www.nytimes.com/2008/09/15/books/15wallace.html.
  8. ↑ https://alumni.arizona.edu/notable-alumni/david-foster-wallace. Arizona Universiteti.
  9. ↑ https://www.full-stop.net/2012/12/11/blog/robert-fay/in-the-footsteps-of-david-foster-wallace/.
  10. ↑ https://news.harvard.edu/gazette/story/2012/12/a-too-short-life-examined/. Harvard Universiteti.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Devid_Foster_Volles&oldid=7807133"
LOVE.AZ