. Love.az

Devid Di Donatello - Wikipedia - Love.az

Ana Səhifə - Devid Di Donatello
Bu adın digər istifadə formaları üçün bax: David.

Devid di Donatello (it. David di Donatello) — İtaliyanın rəsmi film mükafatıdır. Bu mükafat 1955-ci ildən etibarən "İtalyan Kino Akademiyası" (it. L'accademia del Cinema Italiano) tərəfindən müxtəlif kateqoriyalar üzrə filmlərə hər il təqdim ediləm film mükafatıdır. İldən-ilə bu mükafatın kateqoriyaları dəyişilmişdir. Bu mükafat ABŞ-də verilən Oskar mükafatının analoqudur.

Tarixi

redaktə

Mükafatın adı 1386–1466-cı illərdə yaşamış Florensiyanın tanınmış rəssamı Donatellonun (it. Donato di Niccolò di Betto Bardi) 1440-cı ildə hazırladığı "David heykəli" ifadəsindən götürülmüşdür. "David di Donatello" ifadəsi isə "Donatellonun Davidi" mənasını ifa edir. Əsası 1955-ci ildə yaradılmış və bu ildən başlayaraq 3 kateqoriya üzrə təqdim edilməyə başlanılmışdır. Bu kateqoriyaları sayı 2006-cı ildə 24-ə çatmışdır.

Xarici keçidlər

redaktə
  • Rəsmi sayt
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Devid_di_Donatello&oldid=7031033"
LOVE.AZ