. Love.az

Deyv Brubek - Wikipedia - Love.az

Ana Səhifə - Deyv Brubek

Deyv Brubek — Amerikalı caz bəstəkarı və pianoçu

Deyv Brubek
ing. Dave Brubeck
ing. David W. Brubeck
8 oktyabr 1954-cü ilin şəkili
8 oktyabr 1954-cü ilin şəkili
Ümumi məlumatlar
Doğum adı David Warren Brubeck
Doğum tarixi 6 dekabr 1920
Doğum yeri ABŞ
Vəfat tarixi 5 dekabr 2012 (91 yaşında)
Vəfat yeri ABŞ
Vəfat səbəbi ürək tutması, ürək çatışmazlığı
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu, bəstəkar, mahnı yazarı[d], qrup rəhbəri[d], cazmen, aranjimançı[d], səsyazma sənətçisi[d], musiqiçi
Fəaliyyət illəri 1940-cı ildən
Janrlar caz[1][2][…]
Musiqi alətləri piano[3], klavişli alət[d], elektron klaviatura[d][3]
Albom şirkətləri Columbia Records
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası
Mükafatları Kennedi Mərkəzinin fəxri mükafatı (Amerika Birləşmiş Ştatları) — 2009 الميدالية الوطنية للفنون (Amerika Birləşmiş Ştatları)
əbədi nailiyyətlərinə görə "Qremmi" mükafatı (Amerika Birləşmiş Ştatları) — 1996
davebrubeck.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Deyv Brubek 6 dekabr 1920-ci ildə Kaliforniya ştatının Konkord şəhərində anadan olub. O, 1950-60-cı illərdə Kaliforniya cazının ən görkəmli nümayəndələrindən olan kvarteti yaradıb. Bu kollektivin ifa etdiyi məşhur əsərlərdən biri bəstəkar Pol Dezmondun 1959-cu ildə bəstələdiyi “Take Five” caz kompozisiyası olub[4].

Deyv Brubek 1988-i ildə Moskvada Mixail Qorbaçov tərəfindən o vaxtkı ABŞ prezidenti Ronald Reyqanın şərəfinə təşkil etdiyi qəbulda çıxış edib. Dünya şöhrətli cazmen Mixail Qorbaçova müraciətlə belə deyib: “Mən rus dilində danışmıram. Amma sizin hərəkətlərinizdən görürürəm ki, ifa etdiyim musiqi ürəyinizcədir”.

Deyv Brubek “Time” jurnalının üz qabığına düşən ilk caz musiqiçisidir.

O, 6 dekabr 2012-ci ildə ABŞ-nin Konnektikut ştatındakı xəstəxanalardan birində düunyasını dəyişib.

İstinadlar

redaktə
  1. ↑ http://su.fi/dave-brubeck-time-out.htm.
  2. ↑ http://www.abc.net.au/am/content/2012/s3648511.htm.
  3. ↑ 1 2 Montreux Jazz Festival Database.
  4. ↑ "Dünya şöhrətli cazmen vəfat etdi". 2012-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-17.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Deyv_Brubek&oldid=7030360"
LOVE.AZ