Die Rote Fahne (alm. Die Rote Fahne; Qırmızı Bayraq) — ilk olaraq 1876-cı ildə Sosialist Fəhlə Partiyasının lideri Vilhelm Hasselmann tərəfindən təsis edilmiş[2] və o vaxtdan bəri alman sosialistləri və kommunistləri tərəfindən bəzən yeraltı və ya gizli nəşr olunan[3] alman qəzeti. Karl Libknext və Roza Lüksemburq onu 1918-ci ildə Spartak Birliyinin orqanı kimi nəşr edirdilər.[4][5]
Die Rote Fahne | |
---|---|
![]() | |
Redaktor | |
Yaranma tarixi | 1918 |
Dil | alman dili[1] |
ISSN | 1862-0450 |
die-rote-fahne.de | |
![]() |
Libnext və Lüksemburqun Almaniya Sosial Demokrat Partiyasının kansleri Fridrix Ebert dövründə vəfat etməsindən sonra qəzet Almaniya Kommunist Partiyası tərəfindən fasilələrlə nəşr olunurdu.[6][7][8][9] 1933-cü ildən sonra Adolf Hitlerin Nasional Sosialist Alman Fəhlə Partiyası hökuməti tərəfindən fəaliyyəti qadağan ediləndən sonra nəşrə gizli şəkildə davam edilmişdi.[10][11]