. Love.az

Dine Bint Ebdulhemid Iordaniya Kralicasi - Wikipedia - Love.az

Ana Səhifə - Dine Bint Ebdulhemid Iordaniya Kralicasi

Şərifə Dinə bint Əbdülhəmid (ərəb. دينا بنت عبد الحميد‎; 15 dekabr 1929, Qahirə – 21 avqust 2019[1], Amman) — İordaniya kralı I Hüseynin ilk xanımı, III İordaniya kraliçası.

Dinə bint Əbdülhəmid
ərəb. دينا بنت عبد الحميد‎
III İordaniya kraliçası
19 aprel 1955 – 24 iyun 1957
ƏvvəlkiZeynəl-şərəf bint Cəmil
SonrakıMuna əl-Hüseyn
Şəxsi məlumatlar
Doğum tarixi 15 dekabr 1929(1929-12-15)
Doğum yeri
  • Qahirə, Misir
Vəfat tarixi 21 avqust 2019(2019-08-21)[1] (89 yaşında)
Vəfat yeri
  • Amman, İordaniya
Təhsili
  • Qahirə Universiteti[d],
  • Kembric Universiteti
Fəaliyyəti universitet müəllimi[d]
Həyat yoldaşları
  • Hüseyn ibn Təlal (1955–1957)
Uşağı
  • Aliyə bint Hüseyn
Ailəsi Haşimilər
Dini İslam
Təltifləri Dame Grand Cross of the Order of Civil Merit (Spain) — 1955 Supreme Order of the Renaissance (İordaniya) — 1955
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1929-cu ildə Qahirədə dünyaya gəldi. Atası Şərif Əbülhəmid Hicaz kralı Şərif Hüseynin əmisi Aun ər-Rafiqin soyuna mənsubdur.[2] İngiltərədə yatılı oxuduğu məktəbin ardından Kembric Universitetində İngilis ədəbiyyatı, Bedford Kollecində isə sosial elmlər üzə təhsil aldı.[3] Kembricdəki təhsil illəri əsnasında 1952-ci ildə gələcəkdəki əri Seyid Hüseynlə tanış oldu.[4] Təhsilini tamamaldıqdan sonra Qahirəyə döndü və Qahirə Universitetində İngilis ədəbiyyatı və fəlsəfə dərslər verməyə başladı.[5]

İordaniya kralı I Hüseynlə toy mərasimi, Amman 1955

1952-ci ildə İordaniya taxt-tacına sahiblənən I Hüseyn anasının da tövsiyəsilə 1954-cü ildə özündən 6 yaş böyük Dinə bint Əbdülhəmidlə nişanlandı. Üstəlik bu nigah o illərdə Misirin güclü simalarından olan Camal Əbdül Nasir tərəfindən də dəstəkləndi.[6] Cütlüyün nigah mərasimi 19 aprel 1955-ci ildə Raqadan sarayında baş tutdu.[7] Beləcə, Şərifə Dinə İordaniya kraliçası oldu. Toy mərasimindən qısa müddət sonra cütlükdən müsahibə alan jurnalist İsis Fəhmiyə görə, kraliçanı dövlət idarəsindən uzaq tutmağa çalışan I Hüseyn onun üzərində olduqca yüksək təsirə malik idi.[5] Ancaq İordaniyaya qayıtdıqdan sonra cütlüyün bir-birinə uyğun olmadığı anlaşıldı. 13 fevral 1956-cı ildə yeganə övladları Aliyə bint Hüseynin dünyaya gəlişi belə, cütlüyü birləşdirə bilmədi.

1956-cı il kraliça Şərifə Dinə Misirdə istirahətdə ikən, kral I Hüseyndən göndərilən əmrlə boşanma istəyi bildirildi. Bunda kraliça Şərifə Dinə ilə anası Zeynəl-şərəf bint Cəmilin soyuq münasibətləri mühüm rol oynadı. 24 iyun 1957-ci ildə cütlük rəsmən boşandı[8] və bir müddət qızını görməyinə icazə verilmədi.

7 oktyabr 1970-ci ildə Fələstin Azadlıq Təşkilatının partizan üzvü polkovnik leytenant Əsəd Süleyman Əbdülqadirlə evləndi. Bu evliliyindən övladı olmadı. 1982-ci ildə əri İsrail hökuməti tərəfindən həbs edildi.[9] Ertəsi il şəxsən özünün itşriak etdiyi müzakirələrin ardından əriylə birlikdə 8 min fələstinli məhkumun azadlığa buraxılmasına nail oldu.[10]

21 avqust 2019-cu ildə Ammanda vəfat etdi.[11]

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Rana Husseini (2021). Years of Struggle – The Women’s Movement in Jordan. Amman: Friedrich-Ebert-Stiftung. p. 19. ISBN 978-9923-759-33-2

İstinadlar

redaktə
  1. ↑ 1 2 Jordan’s former Queen dies at the age of 89 (ing.). 2019.
  2. ↑ "QUEEN DINA". web.archive.org. 2010-09-21. 2010-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-28.
  3. ↑ Shlaim, Avi. Lion of Jordan: The Life of King Hussein in War and Peace (ingilis). Knopf Doubleday Publishing Group. 2009-10-06. ISBN 978-1-4000-7828-8.
  4. ↑ Great Britain and the East, Volume 71. 1955
  5. ↑ 1 2 Fahmy, Isis. Around the world with Isis. London : Papadakis Publisher. 2003. ISBN 978-1-901092-49-3.
  6. ↑ Sinai, Anne; Pollack, Allen. The Hashemite Kingdom of Jordan and the West Bank : a handbook. New York : American Academic Association for Peace in the Middle East. 1977. ISBN 978-0-917158-01-8.
  7. ↑ Paxton, J. The Statesman's Year-Book 1982-83 (ingilis). Springer. 2016-12-15. ISBN 978-0-230-27111-1.
  8. ↑ "The Hashemite Royal Family". web.archive.org. 2019-04-06. Archived from the original on 2019-04-06. İstifadə tarixi: 2024-12-28.
  9. ↑ Greenberg, Joel (1996). "A Victory That Nips at Arafat's Heels". Arxiv surəti 28 dekabr 2024 tarixindən Wayback Machine saytında Cairo Times
  10. ↑ Kanafani, Deborah (2008). Unveiled: how an American woman found her way through politics, love and obedience in the Middle East. USA: Free Press. ISBN 978-0-7432-9183-5
  11. ↑ "King participates in Princess Dina Abdul Hamid's funeral". Jordan Times (ingilis). 2019-08-21. 2024-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-12-28.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dinə_bint_Əbdülhəmid_(İordaniya_kraliçası)&oldid=7965556"
LOVE.AZ