Dissonans | |
---|---|
Fayl:Dissonans (film, 1978).jpg | |
Janr | idman |
Rejissor | Teymur Bəkirzadə |
Ssenari müəllifi | Fəraməz Səfiyev |
Operator | Hüseyn Mehdiyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1978 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə |
![]() |
İl | 1978 |
Texniki məlumatlar |
1 hissə 280 metr 35 mm |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Film Bakı İdman Malları Fabrikinin həndbolçu qızlarından, daha doğrusu onların çox gərgin keçən bir oyunundan bəhs edir.
Bir çox illərdir ki, onların üzv olduğu "Spartak" komandası təkcə SSRİ birinciliklərində deyil, beynəlxalq idman aləmində də respublikamızın idman şərəfini qoruyurlar. Reportaj-filmdə həndbolçuların oyunları dinamik və təsirli şəkildə əks etdirilmişdir. Filmdə idmanın müasir dövrdə əhəmiyyətindən, onun ölkəmizdə daha da inkişaf etdirilməsi üçün yaradılmış imkanlardan və qarşıda duran perspektivlərdən çox maraqlı bir tərzdə danışılır.