Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Divergensiya — Makrotəkamüldə mühüm rol oynayan, həyat şəraitinin dəyişilməsi nəticəsində növ daxilində əlamətlərin ayrı-ayrı şaxələrə parçalanması prosesidir.[1]
Divergensiya zamanı növlər arasında olan seçmə istiqaməti getdikcə dərinləşir. Bununla yanaşı, divergensiyaya məruz qalan növlərdə onların quruluş və xüsusiyyətləri və bəzi əlamətləri qorunub saxlanılır. Qeyd etmək lazımdır ki, divergensiya təkcə növ daxilində deyil, həm də cins, fəsilə, dəstə və digər taksonomik səviyyələrdə də baş verə bilər.
Misal olaraq Qalapaqos adalarında yaşayan, ümumi əcdaddan gəlməsinə baxmayaraq, dimdik formalarına görə bir-birindən morfofizioloji cəhətdən fərqlənən birəbitdən (darwin ispinozları) növlərini göstərmək olar. Ən mühüm məqam isə budur ki, bu proses qohum olan növlərdə homoloji (yun. homo – eyni, bərabər) orqanların əmələ gəlməsi ilə nəticələnir.