. Love.az

Dmitri Kabalevski - Wikipedia - Love.az

Ana Səhifə - Dmitri Kabalevski
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Dmitri Borisoviç Kabalevski (rus. Дми́трий Бори́сович Кабале́вский; 17 (30) dekabr 1904[1][2], Sankt-Peterburq[3] – 14 fevral 1987[1][2], Moskva[4]) — rus bəstəkarı, SSRİ xalq artisti (1963), Lenin mükafatı laureatı (1972), Sosialist Əməyi Qəhrəmanı (1974).

Dmitri Kabalevski
rus. Дмитрий Борисович Кабалевский
Ümumi məlumatlar
Doğum tarixi 17 (30) dekabr 1904[1][2]
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası[3]
Vəfat tarixi 14 fevral 1987(1987-02-14)[1][2] (82 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ[4]
Dəfn yeri
  • Novodeviçye qəbiristanlığı
Musiqiçi məlumatları
Fəaliyyəti klassik musiqi bəstəkarı, dirijor, xoreoqraf, musiqişünas, musiqi pedaqoqu, universitet müəllimi[d], pianoçu, film bəstəkarı, ictimai xadim, siyasətçi
Janrlar opera, simfoniya, klassik musiqi, kamera musiqisi[5], XX əsr klassik musiqisi[d]
Musiqi aləti piano
Təhsili
  • Moskva Dövlət Konservatoriyası,
  • Moskva Konservatoriyasının Akademik Musiqi Kolleci[d]
Üzvlüyü
  • SSRİ Bəstəkarlar İttifaqı,
  • ADR İncəsənət Akademiyası[d]
Elmi dərəcəsi
  • sənətşünaslıq doktoru
Mükafatları Sosialist Əməyi Qəhrəmanı — 1974
"Lenin" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı "Moskvanın 800 illik xatirəsinə" ordeni
SSRİ xalq artisti RSFSR xalq artisti RSFSR əməkdar artisti RSFSR əməkdar incəsənət xadimi "Lenin" mükafatı SSRİ Dövlət mükafatı Lenin komsomolu mükafatı "Stalin" mükafatı Mixail Qlinka adına RSFSR Dövlət mükafatı
kabalevsky.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

D.B.Kabalevskinin yaradıcılığının və çoxcəhətli fəaliyyətinin rus musiqi mədəniyyətinin inkişafında özünəməxsus yeri var. O, tanınmış bəstəkar, ictimai xadim, görkəmli alim, pedaqoq, pianoçu olmuşdur. Bəstəkarın yaradıcılıq irsi müxtəlif çeşidli əsərlərlə təmsil olunmuşdur. Buraya bir neçə opera və simfoniya, bir baletin və operetta, instrumental konsertlər və kamera ansambllar, f-no pyesləri və vokal əsərləri, teatr tamaşalarına və kinofilmlərə yazılmlş musiqi daxildir. D.B.Kabalevski 1904-cü ildə Peterburqda anadan olmuşdur. Musiqi təhsilini əvvəl musiqi texnikumunda sonra isə Moskva konservatoriyasında pianoçu və bəstəkarlıq ixtisasları üzrə davam etdirmiş tələbəlik illərində əsasən kamera janrlarında əsərlər bəstələmişdir. 30-cu illərdə yaradıcılığının ən məhsuldar dövründə Kabalevski orkestr və xor üçün “mübarizə poemasını” , 2-ci f-no konsertini, 3 simfoniyasını, R.Rollanın əsasında “Kola Brünyon” operasını bəstələyir. Müharibənin ilk aylarında kütləvi mahnılar, səs və orkestr üçün vokal monoloqlar,səs ila f-no üçün S.Marşakın sözlərinə 3 uşaq mahnısı, “7 şən mahnı”, vokal silsiləsi, “Böyük Vətən” kantatası meydana çıxır.Müharibə illərinin əsərlərindən danışarkən “Xalq qisasçıları” süitasını, “Od içində” operasını, N.M.Myaskovskiyə həsr olunmuş 24 prelüd silsiləsini (f-no üçün), 1944-cü ildə “Don Kixot” radio tamaşasına yazdığı musiqini qeyd etmək lazımdır. Müharibədən sonrakı dövrdə bəstəkar instrumental musiqi sahəsində çox fəal işləyir, V.Şekspirin “Romeo və Cülyetta” faciəsinə “Musiqi lövhələri” süitasını yazır. Bəstəkar 20 illik fasilədən sonra yenidən simfoniya janrına müraciət edərək, 1966-cı ildə 4cü simfoniyasını bəstələyir. Simfoniyanın məzmunu çoxplanlıdır,dramaturgiyası isə kəskin konfliktlərlə zəngindir. Bəstəkar opera janrında da çox bəhrəli çalışmışdır. 1947-50-ci illərdə B.Qorbatovun “Yenilməz insanlar” povesti üzrə Tarasın ailəsi”, 60-cı illərdə L.Lavrovun povesti üzrə “Bacılar” operasını, 1952-ci ildə “Bahar oxuyur” operettasını yazır. Kabalevski xor musiqisinə də böyük maraq göstərirdi. O yenidən kantata, oratoriya kimi iri formalara müraciət edir, Q.solodarın sözlərinə “Şəhər,bahar və sülh haqqında nəğmə”, “Doğma torpaq haqqında “, “Dostluq nəğmələri” kantatalarını bəstələyir. Kabalevskinin ən məşhur əsərlərindən biri şair R.Rojdestvenskinin sözlərinə yazdığı “Rekviem” əsəridir. Əsər Böyük Vətən müharibəsində həlak olmuş qəhrəmanlara ithaf olunub. “Rekviyem”ə görə bəstəkar Dövlət mükafatına layiq görülür. Yaradıcılığının son dövründə Kabalevski V.Şekspir, R.Həmzətov, S.Marşak və başqa şairlərin şeirlərinə müraciət edərək, romanslar bəstələyir. Bas və f-no üçün Şekspirin sözlərinə yazdığı “On Sonet” bəstəkarın yaradıcılığında önəmli rol oynayır. Onlar lirik monoloq tərzində bəstələnmişdir. D.B.Kabalevski 1987-ci ildə vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ 1 2 3 4 Педагоги и психологи мира (rus.). 2012.
  3. ↑ 1 2 Кабалевский Дмитрий Борисович // Большая советская энциклопедия (rus.): [в 30 т.]. 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. ↑ 1 2 Deutsche Nationalbibliothek Record #11945002X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. ↑ http://www.cduniverse.com/search/xx/music/pid/1161903/a/kabalevsky+vol+8+-+string+quartets+1+%26+2+%2F+glazunov+quartet.htm.

Xarici keçidlər

redaktə
  • Dmitri Kabalevski'nin besteleri  (ing.)
  • Произведения Кабалевского на сайте Classical Connect
  • Официальный сайт, посвящённый Кабалевскому
  • Краткие содержания (синопсисы) опер Кабалевского на сайте «100 опер» Arxivləşdirilib 2007-05-15 at the Wayback Machine
  • В. А. Разумный Воспоминания современника о Д. Б. Кабалевском Arxivləşdirilib 2009-04-06 at the Wayback Machine
  • Могила Д. Б. Кабалевского
  • Международный конкурс им. Д. Б. Кабалевского Arxivləşdirilib 2012-12-03 at the Wayback Machine
  • Набор открыток Международного конкурса имени Д. Б. Кабалевского Arxivləşdirilib 2012-12-03 at the Wayback Machine
  • Школа имени Д. Б. Кабалевского (Центр образования № 1601) Arxivləşdirilib 2018-05-30 at the Wayback Machine
  • Музей Д. Б. Кабалевского в Центре образования № 1601[ölü keçid]
  Bəstəkar ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Dmitri_Kabalevski&oldid=8007420"
LOVE.AZ